Icma.az
close
up
RU
Ermənistan hücum silahları alır: İrəvan hələ də ağlını başına yığmayıb? RƏY

Ermənistan hücum silahları alır: İrəvan hələ də ağlını başına yığmayıb? RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan əlavə olaraq daha 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. Bu barədə “Indian Defense Research Wing” (IDRW) məlumat yayıb. Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif landşaftlarında müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir. Altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib. Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki,  ATAGS-ın yeni partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq silahın işini asanlaşdıran erməni dilində interfeys də var. Ermənistanın artilleriya sistemini ordusunun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir. Əlavə 78 ədəd ATAGS qurğusu üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında növbəti mərhələdir. Qeyd edək ki, son illər Ermənistan Hindistanın silahlarının əsas alıcısına çevrilib.


Hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, Ermənistan hələ də ağlını başına yığmayıb: 


“Müharibədən sonra biz düşünürdük ki, Ermənistan reallığı qəbul edəcək. Amma Ermənistan əksinə olaraq Fransa, Hindistan kimi ölkələrdən silahlanmağa başlayıb. Həmin silahlar isə hücum silahlarıdır. Əvvəllər Ermənistan bəhanə gətirərək bildirirdi ki, müdafiə silahları alırıq. Ermənistanın qonşuluğunda Azərbaycan, Türkiyə, İran və Gürcüstan olmaqla dörd ölkə yerləşir. Ən böyük qonşuluğu isə Azərbaycanladır. Sual yaranır Ermənistan sözügüdən ölkələrin hansıyla savaşa hazırlaşır ki, belə silahlara sahiblənir? Lakin Ermənistanın hərbi, iqtisadi, siyasi resursları həmin ölkələrin heç biri ilə müharibə aparmağa imkan vermir. Ermənistan uzun müddət Rusiyanın ən müasir silahlarını əldə etdi. O silahlanan zaman hesab edirdi ki, Azərbaycanın yeni ərazilərini işğal edə biləcək. Azərbaycan Ordusu isə qısa müddət ərzində torpaqlarını işğaldan azad etdi. Daha sonra bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini qazandı. Bu gedişlə Ermənistanın dövlət olaraq mövcudluğu sual altına düşəcək. Ermənilər Türkmənçay müqaviləsindən sonra, yəni bölgəyə köçürüldükdən sonra işğal, soyqrımı, separatizm siyasətini həyata keçiriblər. Ermənilərin belə addımları sonsuza qədər davam edə bilməz. Ermənistanın arxasında duranlar onun ağlını başına gətirməlidir. Çünki dəmir yumruq hər an yerindədir. Əks halda ermənilər gəldikləri yerə qayıdacaqlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri