Icma.az
close
up
RU
Ermənistan ağlını başına yığıb normal münasibət yaratmalıdır ŞƏRH EDİLDİ

Ermənistan ağlını başına yığıb normal münasibət yaratmalıdır ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Ermənistan müstəqil dövlət deyil. O əvvəllər Rusiyanın, indi isə Amerikanın alətidir. Ermənistan həmin ölkələrdən gələn diqtələri həyata keçirir. Həmçinin onların istəkləri Nikol Paşinyanın istəkləri ilə üst-üstə düşür. Həmin ölkələr bölgədə sülh və sabitlik olmağını istəmirlər. Böyük dövlətlər, Nikol Paşinyan da xalqının hökümətə sığınmağını, Serj Sarkisyan və Robert Köçaryan cütlüyündən uzaqlaşmasını istəyirlər. Ancaq Ermənistan və onun arxasında duran dövlətlər bilir ki, “Dəmir Yumruq” yerindədir. Azərbaycan ordusunu 2020-ci il 44 günlük Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatlarından sonrakı vəziyyəti müqayisə edəndə görürük ki, o dövrün ordusundan da xeyli yaxşı ordudurlar”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, ordunun maddi texniki bazası güclənib, döyüş ruhu və əzmi artıb, yeni silahlar əldə edib, yeni komandalar yaradılıb: "Ermənistan bu barədə düşünməlidir, ağlını başına yığıb Azərbaycanla normal münasibət yaratmalıdır. Azərbaycanın bütün şərtlərini qəbul edib sülh imzalamalıdır. Əks-halda Ermənistan 1918-ci ildə olan sərhədlərə qayıdacaq. Əvvəl 9 000 km², daha sonra isə mövcudluğu sual altında olacaq. Ermənilər 1828-ci il Türkmənçay müqaviləsindən sonra bölgəyə gələndən işğal, soyqırım və terrordan 100 ildir ki, Azərbaycan xalqı əziyyət çəkir. Bu sonsuza qədər belə davam edə bilməz. Ermənistan fikirləşməlidir. O dövrdə ona görə işğalçı siyasət yeridə bilirdi ki, Azərbaycan dövləti yox idi, Azərbaycan rəhbərliyi, ordusu yox idi, indi isə vəziyyət dəyişib. Azərbaycan müstəqil dövlətdir və müstəqilliyi də sonsuza qədər davam edəcək. Ermənistan fikirləşməsin ki, nə zamansa şərait yaranacaq. Onlar hər zaman tarixi fürsətlərdən istifadə edib. Birinci Dünya müharibəsinin sonunda Ermənistan dövlətinin yaradılması, İkinci Dünya müharibəsinin sonunda 1948-1953-cü illərdə Azərbaycanlıların deportasiya edilməsi, SSRİ zamanında Göyçə və Zəngəzurun işğal edilməsi, SSRİ dağılan ərəfədə Qarabağın işğal edilməsini nümunə göstərə bilərik. O zamanlar Azərbaycan dövləti olmayıb. Azərbaycanın isə müstəqilliyi sonsuza qədər olacaq və onun güclü ordusu daimi olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Mart 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri