Icma.az
close
up
RU
İrəvan yol ayrıcında: Ermənistan Aİ ni yoxsa Rusiyanı seçəcək? RƏY

İrəvan yol ayrıcında: Ermənistan Aİ ni yoxsa Rusiyanı seçəcək? RƏY

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Eyni anda həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı kimi fərqli mövqelərə malik qurumlara üzvlük mümkün deyil. Lakin son qərarı məhz Ermənistan verməlidir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, Avrasiya İqtisadi İttifaqını Avropa İttifaqından fərqli olaraq bərabərhüquqlu dövlətlərin birliyi adlandırıb. Mixail Qaluzin deyib ki, Aİ Brüsseldəki bürokratların Rusiya əleyhinə verdiyi qərarlar çərçivəsində fəaliyyət göstərir.

“Hansı tərəfdə olmaqla bağlı son qərarı Ermənistan verməlidir. Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlüyün qazandıracağı üstünlüklər izah ediləcək. Bu, əhalidə obyektiv təsəvvürün yaranmasına imkan verəcək”, - deyə Mixail Qaluzin bildirib.

Mixail Qaluzin sonda Ermənistanın öz inkişaf vektorunu sərbəst şəkildə seçə bilən suveren dövlət olduğunu qeyd edib.


Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, Ermənistanın qərarı birmənalı olmayacaq:


"Rəsmi İrəvan hələlik Aİİ-dən çıxmaq fikrində deyil. Hətta Ermənistan KTMT-də fəaliyyətini dondursa da, bu qurumdan rəsmi şəkildə ayrılmaqla bağlı hələ də müraciət etmir. Ona görə də özünün iqtisadi və digər sahələr üzrə təhlükəsizliyini tam təmin etmədən konkret qərara gəlməyəcək. Digər tərəfdən Ermənistanın yeni bazarlara ehtiyacı var. Məsələn, bu ölkənin kənd təsərrüfatı məhsulları üçün əsas bazar Rusiyadır. Ermənistan tərəf seçərsə, ticari-iqtisadi nöqteyi-nəzərdən çox böyük itkilərlə üzləşə bilər. Bu isə sosial təlatümlərə və etirazlara səbəb olacaq. Müxalifət də əslində həmin anı gözləyir. Digər tərəfdən Rusiya rəhbərliyinin bu kontekstdə açıqlamaları da İrəvana təzyiq xarakteri daşıyır. Çünki Kreml anlayır ki, indiki vəziyyətdə Ermənistanın seçimi çox deyil. Ən azından Türkiyə ilə münasibətlər və sərhədləri açılmayıb. Nəticədə də Ermənistanın Qərbə inteqrasiyası və digər bazarlara çıxışı da təmin olunmayacaq. Buna görə də hər zaman vurğulayırıq ki, İrəvan Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmaq, o cümlədən sülh müqaviləsi imzalamaqdan başqa seçimi qalmayıb".


Politoloqun sözlərinə görə, əgər Ermənistan Qərbə inteqrasiya edəcəksə, Türkiyə Ermənistan üçün bütün sahələr üzrə təhlükəsizliklə bağlı olmazsa olmaz dövlətdir:

"Ankara ilə münasibətlər də Azərbaycanla sülh müqaviləsindən keçir. Bunu Rusiya da anlayır. Ona görə də təzyiq edir ki, İrəvan fikrindən daşınsın. Lakin bu, real olmayacaq. Ermənistan rəhbərliyinin bu ölkənin suverenliyi haqqında ciddi seçimi və qərarı var. Rusiya ilə birgəlik Ermənistana heç bir suverenlik vəd etmir. Çünki Kreml özünün arxa bağçası saydığı ölkələrlə bərabərhüquqlu münasibətlər qurmur və özünün əyaləti kimi görür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri