Icma.az
close
up
RU
“Ermənistan insanlıq əleyhinə cinayətləri davam etdirir” Səadət Bənənyarlı

“Ermənistan insanlıq əleyhinə cinayətləri davam etdirir” Səadət Bənənyarlı

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İrəvan mina xəritələrini verməkdən boyun qaçırır”

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov işğaldan azad edilmiş Qarabağda piyada əleyhinə minaların bu gün də əhalinin təhlükəsizliyini təhdid etdiyi, insanların həyatına son qoyduğu barədə “X” hesabında bildirib. 

Nazir müavini qeyd edib ki, keçmiş məcburi köçkünlərin 40 mindən çoxu doğma torpaqlarına qayıdıb artıq. Qarabağ və ətraf bölgələrdə 45-dən çox yaşayış məntəqəsi ynidən qurulub və bərpa edilib, hazırda bu ərazilərdə təxminən 100 min nəfər yaşayır, işləyir və təhsil alır. Son altı ildə yenidənqurma və bərpa sahəsində irəliləyişin miqyası böyük olsa da, qarşıda ciddi çətinliklər qalmaqdadır: “Piyadalar əleyhinə minalar insanların həyatını təhdid etməkdə və yenidənqurma işlərinə mane olmaqda davam edir. Təkcə ötən həftə mina hadisəsi nəticəsində daha bir mülki şəxs yaralanıb”. 

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı Sherg.az-a açıqlamasında bildirdi ki, Ermənistanın minaların xəritəsini Azərbaycana təqdim etməməsi, yaxud qeyri-dəqiq xəritələr verməsi ilə bağlı dəfələrlə rəsmi etirazlar bildirilib, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları tərəfindən beynəlxalq təşkilatlara çoxsaylı birgə bəyanat və müraciətlər ünvanlanıb. Bu addımlar xüsusilə İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra başlanıb və intensiv şəkildə davam etdirilib. Bu müraciət və bəyanatlarda doğma yurdlarına qayıdan dinc əhalinin mina qurbanı olması pislənilir və xəritələrin alınması üçün təzyiq göstərilməsi tələb olunub. Həmçinin xəritələrin qeyri-dəqiq olması ilə bağlı da narazılıqlar bəyanatlarda yer alıb. S.Bənınyarlı bildirdi ki, 2022-ci ildə Ermənistan tərəfi müəyyən xəritə formulyarlarını təqdim etmişdi, lakin məlum oldu ki bunların dəqiqliyi cəmi 25% civarındadır, buna görə hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyəti bu "humanitar manipulyasiyaya" qarşı çıxmağa çağıran yeni bəyanat layihələri imzaladılar: 

- Beynəlxalq konfranslar çərçivəsində biz həmişə bu humanitar problemi gündəmə gətirmişik, müraciətlər, bəyanatlar qəbul olunub. Sentyabr ayında keçirilmiş qlobal tədbirdə də Azərbaycanın vətəndaş cəmiyyəti üzvləri xarici tərəfdaşlarla birgə bəyanatlar yayaraq "mina terroru" mövzusunu qlobal humanitar təhlükə kimi növbəti dəfə gündəmə gətirdilər. Humanitar problem təkcə mina xəritələrinin təhvil verilməməsi deyil, eyn zamanda Ermənistan itkin düşmüş soydaşlarımızın taleyinə hələ də aydınlıq gətirmir, əsirlikdə, girov saxlananların, hələ də sağ qalan azərbaycanlıların təhvil verilməsi, qətlə yetirilənlərinsə kütləvi dəfn olunduğu yerlər barədə məlumatları təqdim etmir. O cümlədən piyada əleyhinə minaların basdırıldığı ərazilərin dəqiq xəritələrini də verməkdən boyun qaçırır. Bunlar Ermənistan siyasi rəhbərliyinin riyakarlığının, insanlıq əleyhinə cinayətləri davam etdirdiyinin sübutudur. Biz işimizi, öhdəmizə düşən vəzifəni davam etdiririk, beynəlxalq qurumlara, təşkilatlara müraciət edərək Ermənistan hökumətinə təzyiq göstərməyə çağırırıq.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Sentyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri