Icma.az
close
up
RU
Ermənistan hərbçiləri insanlıq əleyhinə cinayətlər törədiblər

Ermənistan hərbçiləri insanlıq əleyhinə cinayətlər törədiblər

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Prokurorlar dövlət ittihamını müdafiə ediblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 3-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında çıxış üçün dövlət ittihamını müdafiə edən prokurorlara söz verilib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında bildirib ki, bir ilə yaxın müddət ərzində 100-ə yaxın məhkəmə iclası keçirilib. 500 saatdan artıq müddət ərzində sənədlər və sübutlar tədqiq olunub. Hazırkı məhkəmə qarşısında duran təqsirləndirilən şəxslər qeyd edilən çoxsaylı cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin yalnız bir qismidir.

Diqqətə çatdırılıb ki, ümumilikdə təqsirləndirilən şəxslər şərti olaraq 15 fəslə bölünmüş, Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən 1988-ci ildən etibarən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində törədilmiş cinayətlərdə onların fəaliyyətini əhatə edən dövrlərə müvafiq şəkildə bilavasitə və ya dolayı yolla iştirak etməkdə ittiham olunurlar.

V.Əliyev ittiham çıxışının 6 hissədən ibarət olduğunu bildirib. Əvvəlcə Azərbaycan Respublikasının suveren ərazilərinin işğalını ehtiva edən cinayətkar niyyətin yaranmasını və cinayətkar birliyin ilkin mərhələdə formalaşdırılmasını təsdiqləyən sübutlar elan edilib. Dövlət ittihamını müdafiə edən prokuror cinayətkar birliyin hüquqi anlayışını izah edib, daha sonra cinayətkar birliyin formalaşdırılmasını təsdiq edən sənədləri və sübutları elan edib.

Bildirilib ki, məhkəmə iclasında tədqiq edilmiş digər sənədlərlə də cinayətkar birliyin rəhbərlərinin əsas məqsədinin nəyin bahasına olursa-olsun Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsinin ərazisinin Azərbaycanın tərkibindən ayrılmasına nail olmaq, həmin əraziləri işğal etmək olması təsdiq edilib.

İttiham tərəfi cinayətkar birliyin yaradılma əsaslarının ideoloji və tarixi ardıcıllığını da diqqətə çatdırıb. Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyində çalışan şəxslər, cinayətkar ideyaların həmin dövrdə təbliğat və təşviqatçıları, habelə ideoloqları Balayan Zori Hayki, Kaputikyan Silva Barunakovna, Muradyan İqor Maratoviç, Manukyan Vazgen Mikaeli, Manuçarov Arkadi Manveli, Qukasyan Arkadi Arşaviroviç, Melik-Şahnazaryan Levon Qrantoviç, Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Babayan Samvel Andraniki, Sefilyan Jirayr Simonoviç, Balasanyan Vitali Mikaeli, Karapetyan Arkadi Muradoviç, Petrosyan Qeorqi Mikaeli və qeyriləri, habelə öz qulluq mövqelərindən cinayətkar məqsədləri üçün istifadə etməkdən ötrü keçmiş SSRİ-nin rəhbərliyində müxtəlif vəzifələrdə təmsil olunan erməni və ya ermənipərəst şəxslər ciddi rol bölgüsünə əsaslanan sabit mütəşəkkil cinayətkar qruplar və onların sabit birliyini, yəni cinayətkar təşkilat yaratmaqla açıq şəkildə fəaliyyət göstərməyə başlayıb.

Onlar Ermənistan cəmiyyətində Azərbaycan xalqına qarşı milli-etnik nifrət və düşmənçiliyə əsaslanan “Miatsum” (“Birləşmə”) adlandırdıqları ideyalar ətrafında cinayətkar təşkilatda birləşiblər.

Daha sonra Azərbaycan Respublikasının suveren ərazilərinin işğalı, işğal dövründə törədilmiş soyqırımı və əhalinin məhv edilməsi, terror və digər cinayət faktlarını təsdiq edən sənədlər və sübutlar diqqətə çatdırılıb. Vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı apardığı silahlı münaqişə beynəlxalq hüquq baxımından təcavüzkar müharibə kimi qiymətləndirilməlidir.

Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın suveren əraziləri uzun müddət işğal altında saxlanılıb. İşğalın planlı şəkildə həyata keçirilməsi və davam etdirilməsi Ermənistan dövlətinin rəsmi strukturları, silahlı qüvvələri və qeyri-rəsmi silahlı birləşmələrinin vahid strateji plan və rəhbərlik altında fəaliyyət apardığını göstərir. Bu, Ermənistan siyasi-ideoloji mühitində uzun illər formalaşdırılmış və “böyük Ermənistan” konsepsiyası ilə əsaslandırılan ekspansionist ideologiyanın bir təzahürü olub. Təcavüzkar müharibə nəticəsində 1988-1994-cü illər ərzində Azərbaycan Respublikasının 12 şəhəri, 18 qəsəbəsi, 895 kəndi olmaqla cəmi 925 yaşayış məntəqəsi işğal edilib.

Prokuror Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin işğalı, Xocalı rayonunun işğalı və Xocalı soyqırımı, helikopterlə silah daşınması, Meşəli qətliamı və digər hissələri də ittiham çıxışında diqqətə çatdırıb.

İttiham çıxışını Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov davam etdirib. O, ittiham çıxışının Şuşa şəhərinin işğalı və Malıbəyli-Quşçular kəndlərinin əhalisinin qismən məhv edilməsi, Kərki kəndinin (Naxçıvan Muxtar Respublikası) işğalı, Qazax rayonunun Bağanis-Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı kəndlərinin işğalı, Bağanis-Ayrım kəndinin əhalisinin qismən məhv edilməsi, Xocavənd rayonunun işğal olunması və Qaradağlı kəndinin əhalisinin qismən məhv edilməsi, 1991-ci il noyabrın 20-də vertolyotun vurulması, Goranboy rayonunun Ballıqaya və Gülüstan kəndlərinin əhalisinin qismən məhv edilməsi ilə bağlı hissələrini elan edib.

Qeyd olunub ki, təcavüzkar plana uyğun olaraq 1992-ci il mayın 8-də Ter-Tadevosyan Arkadi İvanoviçin Ermənistandan aldığı tapşırıq və göstərişlərə söykənmiş rəhbərliyi ilə Şuşa şəhərinə şimal-qərb, şimal, şimal-şərq və şərq tərəfdən olmaqla 4 istiqamətdən ayparaşəkilli (nalvari) hücum olub, şəhər işğal edilib.

Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev Ermənistanın apardığı təcavüzkar müharibənin gedişində Kəlbəcər, Tərtər rayonunun bəzi kəndləri, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğal edilməsi, Ağdaban və Comərd kəndləri ərazisində, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun üzərində yerləşən strateji əhəmiyyətli “Tunel” adlandırılan mövqenin ələ keçirilməsi, həmin ərazidə əhalinin və Başlıbel kəndinin əhalisinin məhv edilməsi, eləcə də 2016-cı ilin Aprel döyüşləri ilə bağlı olan hissələri məhkəmə iştirakçılarının diqqətinə çatdırıb.

Bildirib ki, təqsirləndirilən şəxslər müstəqil Azərbaycan dövlətinə qarşı Ermənistan tərəfindən aparılmış təcavüzkar müharibənin və işğal siyasətinin “qəhrəmanları” kimi təqdim edilsələr də, əslində, beynəlxalq hüquq baxımından müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərdir.

Daha sonra prokuror təqsirləndirilən şəxslərin Azərbaycanın suveren ərazilərinin işğal edilməsində iştirakı ilə əlaqədar bəzi məqamları qeyd edib.

Dövlət ittihamını müdafiə edən prokuror Təranə Məmmədova isə ittiham çıxışının 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuza hücumu (Tovuz döyüşləri), habelə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarını (Gəncə, Mingəçevir, Bərdə, Tərtər və s.) atəşə tutması, nəticədə insanların qətlə yetirilməsi, yaşayış evlərinin, infrastrukturun məhv olması və s. ilə bağlı hissələrini diqqətə çatdırıb.

Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev ittiham çıxışının təcavüzkar müharibənin gedişində törədilmiş zorakılıqla yoxa çıxarma, əsir və girov götürülərək işgəncələrə məruz qoyma faktları, ərazilərin minalanması, mina partlayışları yolu ilə təcavüzün davam etdirilməsi faktları, təcavüzkar müharibənin gedişində törədilmiş terrorçuluq cinayət faktları, muzdlu döyüşçülərdən istifadə edilməsi faktları üzrə olan hissələrini elan edib.

Habelə, təcavüzkar müharibənin davamı kimi işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılma, Azərbaycan Respublikasının işğal edilmiş suveren ərazilərində hakimiyyətin zorla ələ keçirilməsi və qanunsuz idarəçilik rejiminin tətbiq edilməsi, Azərbaycan Respublikasının hərbi arsenalına ziyan vurulması və silah-sursatın, hərbi texnikanın və digər avadanlıqların işğal edilmiş ərazilərə daşınması və yerləşdirilməsi ilə bağlı cinayətlər, Azərbaycan Respublikası iqtisadiyyatına qəsdən ziyan vurulması və işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktları üzrə olan hissələr də elan edilib.

İttiham tərəfinin çıxışları zamanı məhkəmə zalındakı monitorlarda müvafiq fotoşəkillər, xəritələr, rəqəmlər və s. nümayiş etdirilib.

Məhkəmə prosesi noyabrın 6-da davam etdiriləcək.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see225

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see212

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see202

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see202

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see172

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see159

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see154

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see143

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see142

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see142

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see139

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri