Icma.az
close
up
RU
Ermənistan konstitusiyasını dəyişəcək Tarixlər AÇIQLANDI

Ermənistan konstitusiyasını dəyişəcək Tarixlər AÇIQLANDI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

8 avqust tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında tarixi görüş keçirilib. Görüş zamanı iki ölkə arasında sülh sazişinin mətni paraflanıb.

Görüşün ardından ölkə başçısı İlham Əliyev mediaya müsahibə verib və prosesin yubadılmamalı olduğunu qeyd edib.

Məlumdur ki, prosesin sürətlə başa çatması üçün Ermənistan konstitusiyas dəyişilməlidir. Bunun üçün də Ermənistanda referendum keçirilməlidir.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, Ermənistan tərəfi sülh prosesinin baş tutması üçün Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir:

“Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh mətninin məntiqi sonluğa çatması ilə bağlı strateji əhəmiyyətli razılaşmalar əldə edilib. Ən əsası isə sülh sazişinin paraflanması baş tutub. Yəni tərəflər öhdəlik götürüb ki, sülh sazişinin bütün bəndlərinə rəsmən razıdırlar və heç bir dəyişiklik baş verməyəcək. Prezident cənab İlham Əliyev Azərbaycan mediasına müsahibəsində bildirdi ki, sülh prosesini yubatmamaq lazımdır, prosesə sadiq qalıb onu daha da irəliyə aparmaq lazımdır. Burada vaxt amili mühümdür. İndi belə fikirlər səslənir ki, Ermənistan tərəfi sülh prosesinin baş tutması üçün Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Bu bizim əvvəlcədən irəli sürdüyümüz tələbdir”.

E.Nəsirov vurğulayıb ki, bu ilin dekabr ayının 10-dan əvvəl Ermənistan konstitusiyası dəyişilə bilər:

“Bunun üçün Ermənistan referendum keçirməlidir. İndi əsas məsələ odur ki, referendum nə zaman keçiriləcək? Ermənistan Baş naziri Nikol Paşinyan əvvəllər də bəyan edib ki, iki müddətdən birində referendum keçirmək mümkündür: 2026-cı ilin iyulun 7-də parlament seçkiləri ilə eyni vaxtda, bu baş tutmadıqda isə  2027-ci ildə. Ancaq ABŞ-də çox mühüm proseslərə start verilib. Xüsusilə də nəzərə alsaq ki, Donald Tramp Nobel sülh mükafatı almağa çox real namizədlərdən biridir. Azərbaycan Prezidenti bu istiqamətdə Vaşinqtonda çox unikal bir təkliflə çıxış edib. Nəzərə alsaq ki, hər iki ölkənin başçısı Nobel komissiyasına müraciət etmək istəyirlər və nobel sülh mükafatı hər il dekabr ayında Stokholmda verilir. İstisna deyildir ki, Ermənistan tərəfi referendumun vaxtını əvvələ də çəkə bilər.Yəni dekabr ayının 10-dan daha əvvəl referendumun keçirilməsi prinsipcə mümkündür. ABŞ bu məsələdə Ermənistana müəyyən təsirlər edə bilər. Yəni referendumun keçirilməsi ilə bağlı  versiya var: 2025-ci ilin dekabr ayının 10-dan əvvəl, 2026-cı ilin iyulunda və 2027-ci il. Vaşinqtonda gedən proseslər 3-cünü sıradan çıxarır və ikinci versiyanı, hətta mən deyərdim birinci versiyanı daha aktual edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri