Ermənistan MTX vətəndaşları Acapaxyanın həbsinə mane olmamağa çağırıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri Mixail Acapaxyanın həbsinə mane olmamağa çağırıb.
Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə MTX-nin bəyanatında deyilir.
Məlumata görə, İstintaq Komitəsi arxiyepiskop barəsində cinayət işi açıb. O, hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar etməkdə ittiham olunur.
"İyunun 27-də arxiyepiskopun həbs edilməsi ilə bağlı qərar qəbul edilsə də, o, hələ azadlıqdadır. O, barəsində həbsqəti imkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilməlidir. MTX vətəndaşları güc strukturlarının fəaliyyətinə mane olmamağa və vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırır. Arxiyepiskopdan əməliyyat qrupuna könüllü təslim olması xahiş olunur", - bəyanatda deyilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 27 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















