Icma.az
close
up
RU
“Ermənistan müxalifəti seçki ərəfəsində fəallaşır “ Elxan Şahinoğlu

“Ermənistan müxalifəti seçki ərəfəsində fəallaşır “ Elxan Şahinoğlu

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Ermənistanda parlament seçkiləri günü (7 iyun) yaxınlaşdıqca müxalifət partiyaları fəallıqlarını artırmağa başlayıblar”.

Gununsesi.info  bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin qurultayı keçirilib. Partiyaya faktiki Levon Zurabyan rəhbərlik edir, qurultay məhz onun baş nazirliyə namizədliyini irəli sürüb. Bu partiyanın nəinki qələbə qazanmaq, parlamentdə təmsil olunmaq şansı belə azdır. Buna görə də Erməni Milli Konqresi digər müxalifət partiyalarla ittifaq formalaşdırmağa çalışır. Konqres işadamı və “Taşir” Şirkətlər qrupunun sahibi Samvel Karapetyanın partiyası ilə ittifaqa maraq doğurur. Çünki, müxalifət partiyalarından məhz Karapetyanın lideri olduğu “Güclü Ermənistan” Partiyası hakim “Mülki Müqavilə” Partiyası ilə rəqabət apara biləcək gücdədir. Bu səbəbdən Erməni Milli Konqresi özünü Karapetyanın partiyasına calamaq istəyir. Ancaq Karapetyan bu haqda hələ qərar veriməyib. Böyük ehtimalla Samvel Karapetyan daha geniş müxalifət koalisiyasının yaradılmasının tərəfdarıdır.

Bu koalisiyaya Daşnaksütun Partiyasından tutmuş keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın partiyalarının daxil olması mümkündür. Ancaq bu qüvvələrin liderləri arasında illərdir fikir ayrılıqları mövcuddur. Əslində müxalifətin bir torbada toplanması baş nazir Nikol Paşinyanın maraqlarına xidmət edir. O haqlı olaraq bu koalisiyanı “müharibə partiyası” adlandıracaq və müxalifətin hakimiyyətə gələcəyi halda bölgədə yeni müharibənin başlayacağı təbliğatını aparacaq. Bu halda erməni seçiciləri seçim qarşısında qalacaqlar: ya Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq, ya da müharibə və Ermənistanın yeni və daha ağır itkiləri ilə üzləşmək”.

Şəbnəm

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Mart 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri