Ermənistan növbədənkənar seçkiyə gedə bilər: Paşinyanın əsas narahatlığı...
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son günlər Azərbaycanla Ermənistan sərhədində nisbi sabitlik hökm sürür. Görünür, N. Paşinyan artan gərginlik fonunda orduya ciddi nəzarəti bərpa etməyə çalışır. Həmçinin Qazaxın üç kəndinin Azərbaycana qaytarılması istiqamətində müəyyən işlər həyata keçirilir.
Ermənistanda müxalifət ciddi şəkildə seçkilərə hazırlıq prosesindədir. Parlamentdə müxalifət Paşinyanın üzərinə açıq şəkildə gedir. Orduda keçmiş Qarabağ klanın mövqeyinin qaldığından, Paşinyan seçki öncəsi ordudan müxalifətin istifadə edəcəyindən narahatdır. Ona görə də çalışır ki, ordu üzərində ciddi nəzarəti bərpa etsin. N. Paşinyan seçki öncəsi çalışacaq ki, Azərbaycanla sərhəddə atəşkəsə əməl etsin. Amma, ordu daxilində təxribatçı qrupların atəşkəsi pozması mümkündür.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması seçkilərdən sonra baş tutacaq. Seçkilərdən sonra Ermənistanın referenduma gedib, Konustitusiyanı dəyişməsi mümkündür. Təbii ki, Ermənistanda növbədənkənar seçkilər də mümkündür. Çünki, seçkilərin keçirilməsinə kimi müxalifət ciddi şəkildə toparlanmağa çalışır. Müxalifətin güclənməsinin qarşısını almaq üçün Paşinyan növbədənkənar seçkiyə gedə bilər.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 May 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















