Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Paşinyanın blefi: Ermənistan əsas problemi maskalamağa çalışır ŞƏRH

Paşinyanın blefi: Ermənistan əsas problemi maskalamağa çalışır ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada dünənki çıxışı “konstruktiv” bəyanatlarla doludur. Ermənistanın sülh tezisləri arxasında gizlənərək danışıqlar apara bilməməsi bir daha nümayiş etdirildi.

Paşinyan ATƏT-in Minsk Qrupunun buraxılması və Bakı ilə sülh müqaviləsinin imzalanması təklifi ilə yanaşı, bunu Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması məsələsi ilə əlaqələndirib və orada belə müddəaların olmadığını əsaslandırıb. Üstəlik, o, İrəvana qarşı irəli sürülən ittihamları rədd etməklə yanaşı, həm də ərazi iddialarının əksinə, Azərbaycan Konstitusiyasında “təsbit edildiyini” bəyan edərək, günahı üzərindən atmağa çalışıb. Beləliklə, Ermənistan tərəfi növbəti dəfə nəinki məsuliyyətdən yayındı, əksinə, əks ittihamlar irəli sürərək, Bakını yeni siyasi sövdələşmə mərhələsinə vadar etməyə çalışdı.

“Əgər konstitusiyamızla bağlı məsələ Azərbaycan üçün bəhanə yox, həqiqi narahatlıqdırsa, bu narahatlığı aradan qaldırmağın ən effektiv yolu sülh müqaviləsi imzalamaqdır, əksinə yox”,- deyən Paşinyan sülh müqaviləsi bağlanması üçün Bakıya mahiyyətcə yeni şərtlər irəli sürüb.

Paşinyan Ermənistan konstitusiyası, Minsk qrupunun ləğvi və sülh müqaviləsinin imzalanması ətrafında hansı yeni oyuna başlayıb? Bu sualı azərbaycanlı və rusiyalı politoloqlar caliber.az-a şərh ediblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

Azərbaycanlı politoloq, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, diplomat Fərid Şəfiyev hesab edir ki, İrəvan yenidən oynayır və hamını çaşdırmağa çalışır.

“Uzağa niyə getmək lazımdır- analoji presedentə malik konstitusiyaların islahatı ilə bağlı beynəlxalq təcrübə var. Məsələn, İrlandiyada münaqişənin həlli çərçivəsində orada referendum keçirilərkən. Lakin qeyd etmək lazımdır ki, İrlandiya məsələsində referendumun keçirilməsi öhdəliyi sülh sazişində açıq-aydın göstərilməyib və referendum belə bir sənədin imzalanmasının 1 ay sonra keçirilib. Sülh müqaviləsi layihəsi ona görə alınmır ki, erməni tərəfi bu cür dəyişikliklərə qəti müqavimət göstərir.

Minsk qrupuna gəlincə, Paşinyan və onun ətrafı onun rəsmi şəkildə ləğvi üçün konsensusun zəruriliyini qeyd etməyi xoşlayır. Amma xatırlasaq, ATƏT-in Minsk Qrupunun buraxılmasına qarşı çıxan təkcə Ermənistan deyil, həm də Fransa, eləcə də ABŞ-da Bayden administrasiyası idi.

Tamamilə mümkündür ki, sabah bu qrupun ləğvi məsələsi yenidən gündəmə gəlsə, erməni tərəfi və müttəfiqləri konsensusun olmadığını əsas gətirərək, sadəcə olaraq, yenidən qərarın qarşısını alacaqlar. Bu tipik siyasi oyundur.

Bütün bunlar gələcəyə hesablanmış şəkildə edilir. Ermənistan rəhbərliyi geridə “yuvalar”– 10-20 ildən sonra qaytarıla biləcək mexanizmlər və institutlar qoyub, onlar üçün vacib olan məsələni yenidən gündəmə gətirmək istəyir.

Minsk Qrupu mövcud olduğu müddətcə, faktiki olaraq qeyri-funksional olsa belə, o, “davam edən münaqişə” ilə məşğul olan struktur kimi qəbul ediləcək.

Eyni şey Ermənistan konstitusiyasına da aiddir: nə qədər ki, orada ərazi iddiaları kimi şərh edilə bilən müddəalar var, bu, gələcək spekulyasiya və təzyiqlər üçün potensial səbəbdir”,- F.Şəfiyev vurğulayıb.

Rusiyalı politoloq Vladislav Gerdinin fikrincə, hər şey onu göstərir ki, İrəvan öz yeni strategiyasını işə salmağa çalışır, burada Ermənistan Azərbaycanın bəzi şərtləri ilə razılaşır, lakin daha vacib olan digər şərtləri qəbul etmək istəmir.

"Təəccüblü deyil ki, İrəvan ATƏT-in Minsk Qrupunun ləğvinə şifahi də olsa, razılıq verir. Mahiyyət etibarı ilə bu, artıq praktiki olaraq aktuallığını itirmiş ölü strukturdur. Üstəlik, bu, Azərbaycanın aydın və dəyişməz tələbidir.

Ona görə də Paşinyan Bakı ilə mübahisə etməmək qərarına gəldi- əgər bu vəziyyətdən, necə deyərlər, daha heç nə sağmaq olmazsa, niyə Azərbaycanın açıq-aşkar qıcıqlanmasına səbəb olsun? Amma Paşinyan referendum və Ermənistan konstitusiyası məsələsi ilə oynamaq qərarına gəlib, az qala açıq sövdələşmə təşkil edib. Bakını sülh müqaviləsi və Minsk qrupunun buraxılması haqqında saziş imzalamağa, lakin Ermənistan Konstitusiyasında ərazi iddialarının olmasına göz yummağa və bu problemi mövcud olmayan bir şey kimi unutmağa çağırır.

Bu taktikanı bir müddət əvvəl Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı danışıqların tezliklə aparılmasını təklif edən xarici işlər naziri Mirzoyan nümayiş etdirib. Mirzoyanın sözlərinə görə, bu addım Azərbaycanla sülh müqaviləsinin imzalanmasının irəliləyişinə müsbət təsir göstərəcək.

Daha bir aşkar sövdələşmə, onların maraqları ilə Azərbaycanın maraqlarını bir sövdələşmədə birləşdirmək cəhdidir. Düşünürəm ki, baş nazir Paşinyan anlayır ki, belə bir blef çətin ki, nəticə versin.

Bakı bir neçə dəfə sübut edib ki, buna yüngül yanaşmaq olmaz və bu mövqe dəyişməz olaraq qalır, lakin Paşinyan yenə də ziddiyyətlər üzərində oynamağa, oyunda ən azı özü üçün üstünlük əldə etməyə çalışır. Ən pis halda sabah biz köhnə sübut olunmuş taktikaya qayıda bilərik”,- deyə V.Qerdin yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri