Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Paşinyanın planı: Ermənistan tranzit mərkəzinə çevrilə bilər

Paşinyanın planı: Ermənistan tranzit mərkəzinə çevrilə bilər

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ABŞ və Ermənistan arasında imzalanması gözlənilən TRIPP layihəsi ölkənin regional tranzit mərkəzi kimi rolunu gücləndirəcək. Onun sözlərinə görə, layihə ətrafında aparılan müzakirələr uzun müddətdir gündəmdə olan “dəhliz” iddialarını faktiki olaraq arxa plana keçirib. Paşinyan yeni dəmir yolu və avtomobil magistrallarının tikintisinin Ermənistanı Şərq-Qərb və Şimal-Cənub marşrutlarında mühüm nəqliyyat qovşağına çevirəcəyini vurğulayıb. Bu açıqlamalar seçkiqabağı dövrdə Ermənistanın geosiyasi və iqtisadi perspektivləri ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.TRIPP layihəsi Ermənistanın regional əhəmiyyətini artıracaq strateji addımdır, yoxsa seçkiqabağı verilən siyasi vədlərdən biri kimi qiymətləndirilməlidir?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyan seçki kampaniyası çərçivəsində Ermənistanın gələcəyi üçün perspektiv vəd edən layihələrdən danışıb. Onlardan biri də TRIPP layihəsi və Zəngəzur dəhlizi ilə bağlı planlardır. Bu layihə Ermənistan üçün yalnız seçki təbliğatı mövzusu deyil, eyni zamanda ölkənin gələcək iqtisadi və siyasi inkişafı baxımından mühüm əhəmiyyət daşıyan strateji bir təşəbbüs kimi qiymətləndirilir.

“Zəngəzur dəhlizinin açılması və TRIPP layihəsinin reallaşması Ermənistanın uzunmüddətli blokadadan çıxması demək ola bilər. Bu halda Azərbaycanla münasibətlərin normallaşması, eyni zamanda Ermənistanın Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxış imkanlarının genişlənməsi mümkündür. Bundan əlavə, Azərbaycan üzərindən Orta Asiya, Rusiya, İran və Körfəz ölkələrinə çıxış da təmin oluna bilər”-deyən politoloq bildirib ki, layihənin həyata keçməsi Ermənistan üçün tranzit ölkə kimi yeni iqtisadi imkanlar yarada və ciddi maliyyə gəlirləri formalaşdıra bilər. Eyni zamanda, region ölkələri ilə nəqliyyat əlaqələrinin bərpası ölkənin iqtisadi inteqrasiyasını gücləndirə bilər. Məsələn, Qazax–İcevan dəmir yolunun bərpası, Gümrü–Qars xəttinin açılması və Arazdəyən–Sədərək istiqamətində dəmir yolu bağlantılarının qurulması bu prosesə əlavə töhfə verə bilər.

Bu baxımdan TRIPP və Zəngəzur dəhlizi kimi layihələrin reallaşması Ermənistanın regionda “dalan vəziyyətindən” çıxmasına, iqtisadi imkanlarının genişlənməsinə və tranzit gəlirlərinin artmasına şərait yarada bilər.

Politoloqun fikrincə, ən önəmlisi isə, bu layihələr Ermənistanın qonşu ölkələrlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına xidmət edə bilər: “Bu layihələrin həyata keçirilməsi Ermənistan üçün həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır və ölkənin gələcək inkişafında mühüm rol oynaya bilər”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 İyun 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri