Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Ermənistan ordusu hücum silahları almağa başladı

Ermənistan ordusu hücum silahları almağa başladı

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Ermənistanda yenidən ordu mövzusu gündəmin əsas istiqamətlərindən birinə çevrilib. Səbəb isə bir neçə gün əvvəl qeyd olunan “Ordu günü”dür. Müdafiə naziri Suren Papikyan hərbi hissələrə baş çəkərək sosial təminat məsələlərindən danışdığı halda, baş nazir Nikol Paşinyan daha çox siyasi çalarları olan proqram xarakterli çıxış edib.

KONKRET.az xəbər verir ki, Paşinyan nitqinə sülh mesajı ilə başlayıb: “Müharibə olmayacaq. Ermənistan ilə Azərbaycan arasında sülh qurulub və təhlükəsizliyin ən etibarlı təminatı məhz budur”.

Lakin bundan dərhal sonra o, Ermənistanın ordunu gücləndirəcəyini bildirib. Baş nazirin sözlərinə görə, güclü ordusu olmayan ölkə həssas olur və aqressiya üçün hədəfə çevrilə bilər.

Paşinyan eyni zamanda Rusiyanı və KTMT-ni yenidən tənqid edib. O iddia edib ki, 2022-ci ilin sentyabrında təşkilat üzrə müttəfiqlər Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı öhdəliklərini yerinə yetirməkdən imtina ediblər, hətta pulu əvvəlcədən ödənilmiş silah və texnikanı da çatdırmayıblar. Onun fikrincə, bu, Ermənistanın dövlətçiliyi üçün “ekzistensial təhlükə” yaradıb.

Baş nazir bildirib ki, bu təhlükəni 2022-ci ildə Praqada aparılan danışıqlar nəticəsində aradan qaldırmaq mümkün olub. Həmin görüşdə Azərbaycan və Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşıb, Ermənistan isə KTMT-də üzvlüyünü faktiki olaraq “dondurub”.

Ordunu gücləndirmək nə dərəcədə realdır?

Ekspertlər hesab edirlər ki, Ermənistan üçün ordunu ciddi şəkildə gücləndirmək asan olmayacaq. 2020-ci ilin 44 günlük müharibəsi zamanı ölkənin milyardlarla dollar dəyərində hərbi texnika itirdiyi bildirilir. Bu itkiləri qısa müddətdə kompensasiya etmək isə həm maliyyə, həm də siyasi baxımdan çətindir.
Rusiya artıq əvvəlki kimi genişmiqyaslı hərbi dəstək verə bilmir. Avropa İttifaqının ayırdığı vəsaitlər isə əsasən humanitar və qeyri-hərbi istiqamətləri əhatə edir. Hindistandan silah alışına dair danışıqlar aparılsa da, burada söhbət real bazar qiymətlərindən gedir. Fransadan mümkün hərbi yardım barədə gözləntilər də indiyədək məhdud miqyasda qalıb.

Bununla yanaşı, rəsmi İrəvanın müdafiə xarakterli bəyanatlarına baxmayaraq, Ermənistanın beynəlxalq bazardan daha çox hücum təyinatlı silahlar almağa çalışması diqqət çəkir.

Məqalədə vurğulanır ki, Praqada əldə olunan razılaşmalardan qısa müddət sonra Ermənistan tərəfi Qarabağda qanunsuz rejimin keçirdiyi “prezident seçkilərini” dəstəkləyib, hətta Paşinyan həmin qurumu “müstəqillik günü” münasibətilə təbrik edib. Bundan başqa, bölgədə uzun müddət ərzində Ermənistan silahlı qüvvələrinin geniş hərbi kontingent saxladığı qeyd olunur.

Məhz bu şəraitdə Azərbaycan 19–20 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri həyata keçirərək bölgədəki qanunsuz silahlı birləşmələri qısa müddətdə zərərsizləşdirib.

Sülh ritorikası nə dərəcədə səmimidir?

Paşinyanın çıxışında yenidən KTMT və Rusiya ilə bağlı ittihamların səsləndirilməsi, eyni zamanda Vaşinqtonda əldə olunan razılaşmalara toxunulmaması suallar doğurur. Bu isə Ermənistan rəhbərliyinin sülh gündəminə nə dərəcədə ardıcıl və səmimi şəkildə sadiq qalması mövzusunu yenidən aktuallaşdırır.
Mövcud bəyanatlar və real addımlar arasındakı ziddiyyətlər fonunda İrəvanın gələcək kursunun hansı istiqamətdə dəyişəcəyi hələ də açıq sual olaraq qalır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Fevral 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri