Icma.az
close
up
RU
Ermənistan silahları susdurmur Sərhəddəki təxribatın PƏRDƏARXASI

Ermənistan silahları susdurmur Sərhəddəki təxribatın PƏRDƏARXASI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı ilə İrəvan arasında sülh sazişi layihəsinin tam razılaşdırılması ilə bağlı məlumat yayılandan dərhal sonra Ermənistan şərti sərhəddə ard-arda təxribatlar törədib. Son günlərdə Azərbaycan Ordusunun sərhəd mövqelərini intensiv atəşə tutuması rəsmi İrəvanın ikili oyun siyasətinin növbəti təzahürüdür.

Ermənistanın Baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyətə sülh tərəfdarı kimi görünməyə çalışsa da, faktiki olaraq atəşkəs pozuntularının baş verdiyi bir şəraitdə bu ritorikanın əksini müşahidə edirik. Bu, Ermənistanın siyasi strategiyasının bir hissəsidir: bir tərəfdən sülhdən danışmaq, digər tərəfdən isə qeyri-sabitliyi artırmaq. Sözügedən taktika Ermənistanın əvvəlki rəhbərləri tərəfindən dəfələrlə tətbiq olunub və bu gün də davam edir.

Hərbçilərimizə qarşı müxtəlif manipulyasiya cəhdlərinə əl atması ciddi suallar doğurur. Belə ki, ötən gün Ermənistan silahlı qüvvələrinin nümayəndələri sərhəd bölgəsində Azərbaycan hərbçiləri ilə ünsiyyət qurmağa çalışıb, onları təhqiramiz ifadələrlə təxribata çəkmək istəyib, hətta bəzi hallarda yüngül və istehzalı hərəkətlər edərək qarşı tərəfi emosional reaksiya verməyə təhrik ediblər. Lakin Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək bu cür manipulyasiyalara əhəmiyyət verməyib və düşmənin qeyri-sağlam psixoloji davranışlarına uymayıb. Bu hadisələr Ermənistan ordusundakı real vəziyyəti gün üzünə çıxarır.

Ermənistan ordusunda özbaşınalıq

Ermənistan ordusunda nizam-intizamın zəif olması uzun illərdir müzakirə olunan mövzulardan biridir. Xüsusilə son illərdə bu problem daha da dərinləşib, korrupsiya geniş yayılıb. Silahlı qüvvələrdəki yüksək vəzifəli şəxslər arasında rüşvətxorluq adi hala çevrilib. Məhz bu korrupsiya halları nəticəsində hərbi xidmətə yararsız şəxslərin orduya qəbul edilməsi, silah və sursatın qeyri-qanuni yollarla satılması kimi hallar mətbuatda ən çox müzakirə olunan mövzudur.

Ermənistan mətbuatında və beynəlxalq təşkilatların hesabatlarında dəfələrlə ordu daxilində intihar hallarının artdığı qeyd olunub. Erməni zabitlərin əsgərlərə qarşı qeyri-insani rəftarı, zorakılıq və qeyri-qanuni cəzalandırma metodları ciddi problemlərə səbəb olur. Bu hallar orduda mənəvi psixoloji mühiti korlayır və şəxsi heyətin döyüş ruhuna mənfi təsir göstərir. Nizam-intizamın zəif olmasının başqa bir göstəricisi Ermənistan ordusunun şəxsi heyətinin hazırlıq səviyyəsinin aşağı olmasıdır. Döyüş hazırlığı və hərbi strategiya üzrə zəif təlimlər, komanda strukturunda koordinasiyanın olmaması və zabitlərin şəxsi heyət üzərində nəzarətini itirməsi, Ermənistan ordusunun qeyri-effektiv fəaliyyət göstərməsinə səbəb olur.

Planlı təxribat və psixoloji müharibə

Nizam-intizam problemi ilə yanaşı, bu cür yüngül xarakterləri təxribat cəhdlərinin Ermənistan hərbi-siyasi rəhbərliyinin xüsusi strategiyası olduğu ehtimalı da var. Bu, əsasən psixoloji müharibə və informasiya manipulyasiyasına əsaslanır. Ermənistan tərəfi sərhəd bölgəsində xidmət aparan Azərbaycan hərbçilərinə qarşı yüngül ifadələr və jestlərlə psixoloji təsir göstərməyə çalışır. Məqsəd Azərbaycan Ordusunun şəxsi heyətində psixoloji narahatlıq yaratmaq, onları emosional reaksiya verməyə vadar etmək və nəticədə regionda yeni gərginlik yaratmaqdır. Ancaq Azərbaycan ordusu yüksək peşəkarlıq nümayiş etdirir və bu təxribatlara uymur.

Təxribatların əsas məqsədlərindən biri də Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olmaqdır. İrəvan təxribatlarla bu prosesi ləngitmək və pozmaq istəyir. Bu, keçmişdə dəfələrlə tətbiq olunan siyasi manipulyasiya üsuludur. 30 illik işğal dövründə də Ermənistan eyni taktikanı istifadə edirdi: sülh danışıqlarına razılıq verir, eyni zamanda atəşkəsi pozaraq Azərbaycanı təxribatlara cavab verməyə məcbur edirdi.

Qəsdən törədilən təxibatlarla Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini öz üzərinə çəkməyə çalışır. Xüsusilə Fransa və bəzi Qərb dairələrinin Ermənistana simpatiya göstərdiyini nəzərə alsaq, bu strategiya İrəvan üçün siyasi dividentlər qazandıra bilər.

Nəticə etibarilə, Ermənistanın bu cür addımları bölgədə sabitliyi pozur və sülh prosesinə ciddi maneələr yaradır. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, təxribatlara son qoymalı və Azərbaycanla qarşılıqlı etimad qurmağa çalışmalıdır. Azərbaycanın strateji yanaşması isə təmkinlidir və beynəlxalq hüquqa əsaslanır. 

Modern Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri