Ermənistan Ordusunda yeni təyinatlar
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın müvafiq ordu birləşmələrinə yeni komandanlar təyin edilib.
Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında prezident Vaaqn Xaçaturyan imzalayıb.
Sənədə əsasən, polkovnik Levon Davidyan Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə gətirilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Digər sərəncamlarla general-mayor Aleksandr Tsakanyan Baş Qərargahın Əməliyyat Baş İdarəsi rəisinin birinci müavini, polkovnik Simon Nazaryan 3-cü, digər polkovnik Qaqik Poqosyan isə 5-ci Ordu Korpusunun komandiri təyin edilib.
Digər sərəncamla Müdafiə Nazirliyi nəzdində Milli Tədqiqat Universitetinə rəhbərlik general-mayor Albert Baqdadyana həvalə olunub.

