Icma.az
close
up
RU
Ermənistan parlamentində terror aktı 26 İL ÖTÜR

Ermənistan parlamentində terror aktı 26 İL ÖTÜR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktından 26 il ötür.
Modern.az-ın məlumatına görə, Ermənistanda bəzi siyasi qüvvələr hesab edirlər ki, 1999-cu il oktyabrın 27-də parlamentdə törədilmiş terror aktı ölkənin dövlətçiliyinin əsaslarına birbaşa zərbə olub və onun buraxdığı yara hələ sağalmayıb.
Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin iclası zamanı 6 nəfər silahlı şəxs zala daxil olaraq, deputat və nazirlərdən ibarət 50 nəfəri girov götürüblər. Zala daxil olan kimi terrorçular ilk olaraq baş nazir Vazgen Sarkisyanı və parlamentin spikeri Karen Dəmirçiyanı qətlə yetiriblər. Bundan başqa, terror aktı zamanı vitse-spikerlər Ruben Miroyan, Yuri Baxşyan, deputatlar – Armenak Armenakyan, Henrix Abramyan, Mikael Kotanyan və ölkənin operativ işlər naziri Leonard Petrosyan da öldürülüb.

Hadisə yerinə gələn o zamankı Ermənistan prezidenti Robert Köçəryan terrorçu qrupun rəhbəri, “Daşnaksütyun” Partiyasının keçmiş üzvü Nairi Unanyanla birbaşa danışıqlar aparıb. Oktyabrın 28-i səhər saatlarında girovları qrup şəklində azad edən terrorçular könüllü olaraq hüquq-mühafizə orqnalarına təslim olublar. 8 nəfərin ölümündə, 7 nəfərin ağır yaralanmasında təqsirləndirilən terrorçular məqsədlərinin baş nazir Vazgen Sarkisyanı öldürərək ölkəni parçalanmadan xilas etmək olduğunu iddia ediblər.
Məhkəmənin qərarı ilə silahlı qrupun üzvləri – Nairi Unanyan (rəhbər), Karen Unanyan (qardaşı), Eduard Qriqoryan, Vram Qalstyan, Derenik Becanyan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum ediliblər.
Terrorçulara yardım edən Hamlet Stepanyana 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Robert Köçəryanın o zaman ölkədə ümummilli matəm elan etməsinə baxmayaraq, bir çox ekspertlər terror aktında onun rolunun olduğunu iddia edirlər. Çünki parlamentdə baş verən teror aktı nəticəsində Köçəryan hakimiyyəti üçün təhlükə törədən Vazgen Sarksiyan və Karen Dəmirçiyan öldürülmüşdü.
Digər ehtimallara görə, Nairi Unanyanın silahlı dəstəsi İstanbulda NATO-nun zirvə toplantısı zamanı Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişini pozmaq üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanmışdı. Hadisənin motivləri və sifarişçiləri ilə bağlı diskussiyalar Ermənistan cəmiyyətində bu günə qədər davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri