Icma.az
close
up
RU
Ermənistan Parlamentində 27 il əvvəl baş verən terror yenidən araşdırlıb

Ermənistan Parlamentində 27 il əvvəl baş verən terror yenidən araşdırlıb

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baş Prokurorluq: "27 oktyabr 1999-cu ildə Ermənistan Parlamentində baş verən terror aktı ilə bağlı yeni istintaq hərəkətləri aparılıb"

Ermənistan Baş Prokurorluğu 27 oktyabr 1999-cu ildə parlamentdə baş verən terror aktı ilə bağlı cinayət istintaqı çərçivəsində yeni istintaq və prosessual hərəkətlər başladıb.

AYNA.AZ-ın erməni mediasına istinadən məlumatına görə, Baş Prokurorluğun açıqlamasında bildirilir: "Nairi Hunanyan və digər şəxslər tərəfindən törədilən terror aktı ilə bağlı 27 dekabr 2019-cu ildə bərpa edilən və 27 oktyabr 2025-ci ildən bu günə qədər davam edən cinayət işi araşdırması çərçivəsində təxminən on dindirmə və əlavə dindirmələr aparılıb, məlumat sorğuları göndərilib və əməliyyat-axtarış tədbirlərinin aparılması üçün üç əmr verilib".

Bundan əlavə, istintaq orqanları sənəd yoxlamaları aparıb. Nəzarətçi prokurorun icazəsi ilə işin hallarının müəyyən edilməsi üçün vacib olan məxfi sənədlər müsadirə edilib və araşdırılıb.

Baş Prokurorluq həmçinin gizli istintaq hərəkətlərinin aparıldığını da açıqlayıb.

Əvvəllər nəzarətçi prokuror terror aktının halları barədə məlumat verən vətəndaşlarla görüşlər keçirib. Əldə edilən materiallar müvafiq istintaq hərəkətləri üçün müstəntiqə təhvil verilib.

Prokurorluq cinayət işinin 27 dekabr 2019-cu ildə yenidən açıldığını xatırladıb. Baş prokurorun 14 fevral 2024-cü il tarixli qərarı ilə əlavə ibtidai istintaq Ermənistan İstintaq Komitəsinə tapşırılıb. İlkin istintaq davam edir.

Qeyd edək ki, 27 oktyabr 1999-cu ildə Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup terrorçu Ermənistan parlamentinin iclas zalına basqın edərək ölkənin siyasi liderlərini, parlament üzvlərini və hökumətini dəqiq məsafədən atəşə tutub.

Hücum nəticəsində Ermənistan Parlamentinin sədri Karen Dəmirçiyan, Baş nazir Vazgen Sarkisyan, vitse-spikerlər - Yuri Baxşyan və Ruben Miroyan, deputatlar - Armenak Armenakyan, Mikael Kotanyan və Henrik Abrahamyan və operativ işlər naziri Leonard Petrosyan öldürülüb.

Terrorçuların məhkəməsi 2001-ci ildən 2003-cü ilə qədər davam edib. Prokurorluq cinayətkarların ölüm hökmü ilə cəzalandırılmasını istəyib, lakin ölüm cəzasının ləğvi 2003-cü ilin avqustunda qüvvəyə mindiyindən, icra edilməyib.

İş üzrə altı təqsirləndirilən şəxs, qrup lideri Nairi Hunanyan, qardaşı Karen Hunanyan, əmiləri Vram Qalstyan (2004-cü ildə həbsxanada vəfat edib, rəsmi versiyaya görə, intihar edib - red.), Derenik Bejanyan, Edik Qriqoryan (2017-ci ilin noyabrında vəfat edib - red.) və Aşot Knyazyan (26 avqust 2024-cü ildə vəfat edib - red.) ömürlük həbs cəzasına məhkum edilib. İş üzrə digər təqsirləndirilən şəxs Hamlet Stepanyan 14 il həbs cəzasına məhkum edilib (2010-cu ilin may ayında vəfat edib - red.).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Oktyabr 2026 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri