Ermənistan parlamentinin spikeri: Koçaryan və Sarqsyanın siyasi gələcəyi ola bilməz
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Robert Koçaryanın və Serj Sarqsyanın, həmçinin, onların komandasında təmsil olunan şəxslərin siyasi gələcəyi ola bilməz, onlar keçmişin qalıqlarıdır".
Oxu.Az xəbər verir ki, bu sözləri özünün "Telegram" kanalında erməni apostol kilsəsi ilə baş nazir Nikol Paşinyan arasındakı gərginliyə münasibət bildirən Ermənistan parlamentinin spikeri Alen Simonyan yazıb.
Hakim Vətəndaş Sazişi Partiyasının üzvü olan A.Simonyan fikrinin davamında yazıb ki, Ermənistanda hakimiyyət xalqa məxsusdur, Eçmiədzin kilsəsinin katolikosuna yox.
"Əgər kimsə geyindiyi qara paltarın onları qanun qarşısında məsuliyyətdən azad edəcəyini düşünürsə, yanılır", - deyə Ermənistan parlamentinin spikeri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 10 İyun 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















