NATO nun Ermənistan ordusuna verdiyi dəstək mühümdür Koçaryan
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
"NATO-nun Ermənistan ordusunda islahatlara verdiyi dəstək yüksək qiymətləndirilir”.
AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikirləri İrəvanda NATO PA-nın "Rouse-Roth” seminarında jurnalistlərə açıqlaması zamanı Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan bildirib.
O deyib ki, ordunun maliyyələşdirilməsi azaldılmayacaq, müvafiq göstəricilər büdcədə nəzərdə tutulub. O hərbi sənaye, demokratik islahatlar və digər sahələrdəki təşəbbüslər üçün atılan addımların dayandırılmamalı olduğunu qeyd edib.
"Təhlükəsizlik mühitinə güc verən layihələr yarımçıq qala bilməz, ordunun ehtiyacları üçün ayrılan vəsait də azaldıla bilməz”- deyə Koçaryan vurğulayıb.
Şahanə Ziyad
Baxış sayı:31
Bu xəbər 22 Sentyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















