Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Ermənistan qorxuya düşüb

Ermənistan qorxuya düşüb

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Suriyadakı hadisələrin Ermənistanda baş verməsi qeyri-mümkündür. Çünki İran İrəvana kömək əli uzadacaq”.

Bu sözləri erməni ekspert Armen Badalyan yerli mediaya müsahibəsində Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizini güc yolu ilə açacağı halında İranın Ermənistana köməyi ehtimalı və Cənubi Qafqazda bundan sonrakı vəziyyətlə bağlı fikirlərini bölüşərkən bildirib. Onun sözlərinə görə, İran Suriyada demək olar ki, məğlub olub:

“Suriyada baş verənlər Ermənistanda yalnız bir səbəbdən təkrarlanmır. İran ortada dayanır. Suriyanın məğlubiyyəti İranın məğlubiyyətidir, çünki İran-İraq-Livan-Suriya xətti kəsilir. Suriya İranın xarici siyasətində mühüm ölkə idi. İran Əsədin artıq ölkənin himayədarı olmadığını anlayaraq son anda Suriyaya kömək etmədi”, - deyə A. Badalyan vurğulayıb. 

Erməni ekspert bildirib ki, Ermənistan məsələsində İran həssas mövqe nümayiş etdirməyəcək:

“Azərbaycan İrana görə Ermənistana hücum etmir. SEPAH 45 000 əsgərlə dayanıb və Azərbaycan hücuma keçərsə, öz gücündən istifadə edə bilər. Korpus dərhal Zəngəzur, Dərələyəzi öz nəzarətinə götürərək İrəvana qədər çata bilər. İran üçün Ermənistan Gürcüstandan, Qara dənizdən keçməklə Avropa Birliyinə daxil olan yeganə quru yolu olaraq qalır. Ermənistanın güneyi Türkiyə və Azərbaycan tərəfindən alınarsa, o zaman İran türk dünyasının əhatəsində qalacaq, bundan sonra onun bir hissəsi İrandan qoparılacaq”. 

A.Badalyan əlavə edib ki, Azərbaycan və Türkiyə bu halda Ermənistana müdaxilə edə bilər: 

“Ən pis ssenari isə budur ki, İran uğursuzluğa düçar olarsa, Türkiyə-Azərbaycan ordusu Ermənistan ərazisinə girəcək, Suriya ordusunun başına gələnlər bizim ordunun başına gələcək”. 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında Zəngəzurda İran, Türkiyə və Azərbaycanın toqquşması ehtimalının qeyri-mümkün olduğunu qeyd edib: 

“İranın Zəngəzur dəhlizinin açılmasına müqaviməti var idi. Suriyada son zamanlar baş verən proseslər nəticəsində İranın məğlub olması, Yaxın Şərqdə özünə bağlı proksi qüvvələrin sıradan çıxarılması Tehranın Yaxın Şərqdə geosiyasi və geostrateji mövqelərini zəiflədəcək. Eyni zamanda, İranın Cənubi Qafqazda təsir imkanları da məhdudlaşacaq.

Hesab edirəm ki, Cənubi Qafqazda Azərbaycan-Türkiyə hegemonluğu qaçılmazdır. Bu regionda marağı olan bütün regional və beynəlxalq güc mərkəzləri Azərbaycan və Türkiyə ilə hesablaşmalı olacaq. Bu baxımdan, Ermənistanın qorxuya düşməsi başadüşüləndir. Heç bir şəkildə inkar oluna bilməz ki, Azərbaycan-Türkiyə ittifaqı Cənubi Qafqazda geosiyasi və geostrateji iradə sahibidir”. 

Həmsöhbətimiz bildirib ki, ancaq Azərbaycan və Türkiyənin Ermənistana hərbi müdaxilə niyyəti yoxdur: 

“Belə bir hadisə gözlənilmir. Geosiyasi güc mərkəzi olan Azərbaycan və Türkiyə istənilən halda Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Burada heç bir hərbi müdaxilə mexanizmi tətbiq olunmayacaq. Mövcud vəziyyət onu göstərir ki, Ermənistan Azərbaycana və Türkiyəyə möhtacdır. İrəvan istəsə də, istəməsə də dəhlizin açılmasına razı olacaq. Ona görə ki, Zəngəzur dəhlizi açılmadan, Ermənistanı digər regionlar birləşdirən kommunikasiya xətlərinin açılması qeyri-mümkündür”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:485
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri