Ermənistan parlamentində dava düşüb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tbilisi, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Ermənistan parlamentində deputatlar arasında əvvəlcə mübahisə, sonra isə fiziki qarşıdurma olub.
AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, qapalı keçirilən iclasda təhlükəsizlik orqanları ilə bağlı məsələ müzakirə olunub. Qapalı iclas başlayandan bir müddət sonra zaldan yüksək səslər eşidilib, daha sonra 10 dəqiqəlik fasilə elan edilib. Bəzi məlumatlara görə, buna səbəb hakim “Mülki Müqavilə” partiyasından olan deputat Hayk Sarkisyanın qadağan edilsə də, iclasa notbuk gətirməsi olub.
Paşinyanın müttəfiqləri ondan notbuku zaldan çıxarmağı tələb etsələr də, H.Sarkisyan imtina edib və bu, mübahisəyə səbəb olub. Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra H.Sarkisyan iclas zalını tərk edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 03 Noyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















