Ermənistan rəhbərliyinin COP29 iştirak etməməsi sülh prosesinə necə təsir edəcək? AÇIQLAMA
Icma.az bildirir, Sfera.az portalına istinadən.
“Ermənistan rəhbərliyinin COP29 tədbirində iştirak etməməsi sülh prosesinə mənfi təsir etməyəcək”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O xatırladıb ki, Bakı rəsmi İrəvanı dəvət etmişdi və onlar gəlmək üçün qeydiyyatdan da keçmişdilər:
“Paşinyan xarici işlər nazirini o şərtlə göndərmək istəyirdi ki, Bakıdan erməni diversantlarla İrəvana qayıtsın. Təbii ki, Azərbaycan belə bir şərti qəbul edə bilməzdi. Ermənistan tərəfi Bakıya gəlsə idi, dəyişən bir proses də olmayacaqdı. Ona görə də Paşinyan müəyyən qədər daxili etirazı neytrallaşdırmaq üçün tədbirə qatılmaqdan imtina etdi”.
Ekspert bildirdi ki, rəsmi Bakı Ermənistanın şərti ilə razılaşıb diversantları azad etsəydi, bu, onların digər şərtlərlə çıxışlarına presedent ola bilərdi: “Ermənistan siyasi hakimiyyətinin mahiyyəti budur”.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 21 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















