Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Ermənistan seçki ərəfəsində: xaos, sui qəsd cəhdi və revanşizm

Ermənistan seçki ərəfəsində: xaos, sui qəsd cəhdi və revanşizm

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Paşinyan hakimiyyətinə xarici təzyiqlər güclənir 

Ermənistanda son aylarda müşahidə olunan siyasi gərginlik artıq normal seçki rəqabəti çərçivəsindən çıxaraq daha təhlükəli mərhələyə daxil olub. Hakimiyyət uğrunda mübarizə xüsusilə baş nazir Nikol Paşinyanla Rusiyayönümlü siyasi dairələr arasında açıq qarşıdurma formasını alıb. Seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşə, hətta daxili qarşıdurma səviyyəsinə çata bilər. Ermənistan cəmiyyətində uzun illərdir davam edən siyasi parçalanma, Qarabağ müharibəsindən sonra yaranmış böhran və xarici güclərin təsiri bu prosesi daha da dərinləşdirən əsas amillər hesab olunur. Müxtəlif siyasi düşərgələr artıq bir-birini dövlətçiliyə təhlükə yaratmaqda ittiham edir. Paşinyanın tərəfdarları keçmiş hakimiyyət komandalarını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırır.

Qeyd edək ki, bugünlərdə Paşinyana qarşı sui-qəsd cəhdində təqsirləndirilən şəxs saxlanılıb. Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, 2024-cü ildən bəri xarici ölkələrdən birində yaşayan M.Mirzoyanın ən azı 4 nəfərdən ibarət qrupun tərkibində Ermənistan baş nazirini siyasi və dövlət fəaliyyətinə görə qətlə yetirmək məqsədilə gizli plan qurduğuna dair əsaslı şübhələr yaranıb. Dəstə üzvlərinin cinayəti törətmək üçün lazımi vasitələr əldə etdiyi və ciddi hazırlıq işləri gördüyü aşkar edilib.

Məlumata görə, xüsusi geyim və maskalar taxan təqsirləndirilən şəxslər Nikol Paşinyanı hədələyən videoçarx hazırlayaraq internetdə yayıblar. Bundan əlavə, həmin qrupun seçkiqabağı təşviqat kampaniyasına da qanunsuz şəkildə mane olduğu bildirilir.

Faktla bağlı M.Mirzoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (bir qrup şəxs tərəfindən dövlət və siyasi fəaliyyəti ilə əlaqədar qəsdən adam öldürməyə hazırlıq və təşviqatın aparılmasına mane olma) cinayət işi açılıb, cinayətkar şəbəkənin digər üzvlərinin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əsas mübarizə 3 siyasi qüvvə arasında aparılır

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak üçün 17 partiya və iki partiya bloku qeydiyyatdan keçib. Onların arasında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası, həmçinin Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Ermənistan (“Hayastan”) və Narek Karapetyanın “Güclü Ermənistan” blokları da var. Rusiyalı iş adamı Samvel Karapetyanın təsis etdiyi “Güclü Ermənistan” blokuna eyniadlı partiya, “Yeni Dövr” və “Birləşmiş Ermənilər” partiyaları daxildir.

Siyasi situasiya baxımından seçkinin gedişi və nəticəsi isə Ermənistanın gələcəyi üçün olduqca böyük məna kəsb edir. Belə ki, Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırlar. Bu baxımdan, seçkini “qütblərarası savaşın seçkisi” adlandıranlar da var. Məlum olduğu kimi, Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, Konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Amma digər iki namizəd məsələlərə baxışında tam fərqli bir yol təqib etməkdədir.

Revanşistlər kimlərdir?

Rusiyanın “patronajlığı” altında seçkiyə qatıldığı iddia edilən Samvel Karapetyan Ermənistan ictimaiyyətində daha çox oliqarx kimi tanınır. Ötən il iyunun 18-də “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək” maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. Həmin vaxt Ermənistan hüquq-mühafizə orqanları bildirmişdilər ki, Karapetyanın açıqlamaları və fəaliyyəti ölkənin konstitusion quruluşu üçün təhlükə yaradıb. Sonradan həbsxana təcridi ev dustaqlığı ilə əvəz edilsə də, bu ilin yanvarında Karapetyan məhkəmənin qərarı ilə yenidən “dörd divar” arasına qaytarıldı. Cəmisi 1 gün sonra isə bu qərar da dəyişdirildi - Karapetyan yenidən ev dustaqlığına qayıtdı.

73 yaşlı Köçəryanın isə seçkilərdəki qələbə ehtimalı zəif dəyərləndirilir - səbəb kimi isə, onun rəhbərliyi dövründə Ermənistanın aclıq və səfalət içində olması göstərilir. Bununla belə, revanşist Köçəryan komandası Rusiyanın dəstəyinə ümid edir. Lakin seçki öncəsi rəy sorğuları hazırkı baş nazir Nikol Paşinyanın başçılıq etdiyi “Mülki Müqavilə” parityasının öndə olduğunu göstərir.  Bunun əsas səbəbi kimi isə Ermənistan cəmiyyətinin Paşinyanın sülh siyasətinə dəstək verməsidir. Bəlli olduğu kimi, Nikol Paşinyan Azərbaycan ilə münasibətlərin normallaşmasını, Konstitusiyanın dəyişməsini, sülh müqaviləsinin imzalanmasını proiritet elan edib. Son 7-8 ayda Ermənistan üçün mühüm yeniliklər baş verib. Azərbaycan Ermənistana yük daşınması ilə bağlı embarqosunu aradan qaldırıb, neft məhsullarının ixracına başlayıb. Bu isə Ermənistanda sosial həyatın yaxşılaşmasına təkan verir. Erməni cəmiyyəti müharibə tezisləri üzərindən təbliğat aparan namizədlərin hazırkı düzəni dağıtmasından qorxur - Paşinyanın apardığı siyasəti isə Ermənistanın “xilası” adlandırırlar. Siyasi ekspertlər bildirirlər ki, Zəngəzur dəhlizi (TRIPP) layihəsi Ermənistan üçün “iqtisadi nəfəslik” ola bilər.

Rusiya Ermənistana iqtisadi təzyiqləri artırır

Bütün bunların fonunda revanşistlər ictimai rəydə nüfuz qazanmaq üçün Qarabağ kartından yenidən istifadə etməyə çalışırlar. Digər tərəfdən, seçki öncəsi Rusiyada müəyyən dairələr Paşinyana təzyiq göstərməyə çalışırlar. Rusiyanın Ermənistana güzəştli şərtlərlə satdığı təbii qazın qiymətinin artırılacağı ilə bağlı xəbərdarlıqlar səslənir. Bundan əlavə, Moskva bəzi Ermənistan məhsullarının idxalına qadağa qoyub. Bu yöndə qadağalar daha da sərtləşməkdədir. Belə ki, Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti (“Rosselxoznadzor”) iyunun 2-dən etibarən Ermənistandan Rusiya Federasiyasına ixrac edilən bütün növ balıq və balıq məhsullarının sertifikatlaşdırılmasının təcili olaraq dayandırılmasını tələb edib. Rusiya dövlət qurumunun rəsmi bəyanatında bildirilir ki, Ermənistandakı balıq istehsalı müəssisələrində aparılan kütləvi yoxlamaların və ciddi inspeksiyaların nəticələri tamamilə qeyri-qənaətbəxş və uğursuz hesab olunub. Bu səbəbdən, yaranmış qorxulu vəziyyət tam tənzimlənənə qədər Ermənistan tərəfi Rusiyadakı alıcılara diri balıq, dondurulmuş balıq və digər balıq məhsullarının göndərilməsini tamamilə dayandırmalıdır. Rusiya tərəfi yalnız bütün ölkədə fəaliyyət göstərən nəhəng zavodlardan cəmi ikisinə istisna tətbiq edib. Lakin “Rosselxoznadzor” xüsusi olaraq vurğulayıb ki, həmin iki zavodun istehsal etdiyi məhsullar belə Rusiya sərhədini keçərkən ciddi laboratoriya monitorinqlərindən və ən sərt təhlükəsizlik yoxlamalarından keçirildikdən sonra ölkəyə buraxılacaq.

Ümumiyyətlə, Rusiyanın mövqeyi belədir ki, əgər Paşinyan hakimiyyəti Avrasiya İqtisadi Birliyini Avropa İttifaqı ilə əvəzləyərsə, Ermənistanı çətin vəziyyət gözləyir. Bundan əlavə, revanşistlər müharibə ritorikasından da danışırlar. Lakin böyük ehtimalla seçicilər revanşizmə səs verməyəcək. Çünki revanşistlər ölkəni müharibəyə sürükləyə bilər ki, bu da erməni cəmiyyəti üçün arzuolunan deyil. Ermənilər işğalçılıq siyasətinin nəticəsinin onlar üçün necə acı olduğunu gördülər. Əgər bundan sonra Azərbaycana qarşı hərbi təhdidlər olarsa, Ermənistan yenə də ordumuz tərəfindən layiqli cəzasını alacaq. Bu baxımdan, Ermənistan cəmiyyətinin parlament seçkilərində müharibəyə yox, sülhə səs verəcəyi ehtimalı böyükdür.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyun 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri