Icma.az
close
up
RU
Seçki ərəfəsində Ermənistan siyasəti: iqtidar və müxalifət Qarabağ sənədində qarşı qarşıya

Seçki ərəfəsində Ermənistan siyasəti: iqtidar və müxalifət Qarabağ sənədində qarşı qarşıya

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi kampaniyalar fəallaşır və gərginlik daha da artır.

Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi partiyanın əsas hədəfi yenidən parlamentdə əksəriyyəti ələ keçirmək və hökumətini davam etdirməkdir. 

Reputasiyasını itirməsinə baxmayaraq, əsas müxalifət bloku kimi çıxış edən Robert Koçaryan və müttəfiqləri hökumətin hazırkı siyasətlərini xüsusilə, Qarabağın itirilməsi, təhlükəsizlik, danışıqlar prosesi və şəffaflıq baxımından tənqid edir. Onlar, həmçinin Qarabağla bağlı “gizli sənəd” iddialarına görə məsuliyyət tələb edirlər.

Beləliklə, Ermənistan siyasətində parlament seçkiləri ərəfəsində həm hökumət, həm də müxalifət arasında strateji mövqelərini gücləndirmə və ictimaiyyətin dəstəyini toplama mübarizəsi davam edir.Son günlər artan gərginlik isə iqtidar ilə müxalifət arasında qarşılıqlı iddihamlarla müşahidə olunur.

Belə ki,Serj Sarkisyan və Robert Koçaryan yayımlanan müsahibələrində 2019-cu ildə ATƏT Minsk qrupu həmsədrlərinin Nikol Paşinyana Qarabağla bağlı yeni bir gizli sənəd təqdim etdiyini bildiriblər. Serj Sarkisyan qeyd edib ki, bu sənəd bir il boyunca ictimaiyyətə açıqlanmamışdı və o, sənədin mövcudluğunu Qarabağ rəhbərliyinə çatdırmış, onları sənədlə tanış olmağa çağırmışdı. 

O, həmçinin Paşinyanı bu sənədləri gizlətməkdə ittiham edir, çünki onun fikrincə, sənəd danışıqlarda istifadə oluna bilərdi.

Buna reaksiya verən Nikol Paşinyan isə öz "Facebook" səhifəsində qeyd edib ki, Robert Koçaryan və Serj Sarkisyan Qarabağ məsələsini Ermənistanın ziyanına istifadə edib və ölkənin gələcəyi üçün problem yaradıb.

Ermənistanın Baş nazir hesab edib ki, onların məqsədi Ermənistanın dövlətçiliyinə son qoymaq idi və Qarabağ münaqişəsinin nəticəsi olaraq Ermənistanın dövlətçiliyi itirilməli idi.

N.Paşinyan seçkiqabağı xalqa mesaj verir ki, Ermənistan məğlub olsa da, ölkənin gələcəyini qoruyub və Köçəryanın və Sarkisyanın ssenarilərini alt-üst edib. O, sabiq prezidentləri KQB agentləri kimi təsvir edir və iddia edir ki, onlar başqa ölkələrin maraqları naminə işləyərək Ermənistanın gələcəyini təhlükəyə atıblar. Paşinyan əlavə edir ki, son 30 ildə onlar ölkə naminə heç bir nəticə əldə etməyib. 

Baş nazir, həmçinin bildirir ki, Qarabağdan gələn ermənilərin gələcəyi Ermənistandadır və onlar üçün bütün imkanlar təmin ediləcək. Paşinyan faktiki olaraq etiraf edir ki, Qarabağ hər zaman Azərbaycanın suveren ərazisi olub, keçmiş Ermənistan rəhbərləri xarici dəstək alaraq Azərbaycan ərazisini işğal edib və Ermənistanı beynəlxalq hüquqda işğalçı dövlət kimi göstəriblər.

Baş verən proseslər göstərir ki, seçki yaxınlaşdıqca Ermənistanda müxalifət və iqtidar arasında siyasi gərginlik artacaq. Hər iki tərəf özünü dövlət və xalq üçün daha çox can yandıran, onları düşünən qüvvə kimi göstərməyə çalışacaq.

Siyasi şərhçi Elmir Səftərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri