Icma.az
close
up
RU
Ermənistan seçki məsələsində Aİ dən kömək istəyir TƏHLİL

Ermənistan seçki məsələsində Aİ dən kömək istəyir TƏHLİL

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistan hakimiyyəti seçki ərəfəsində ciddi narahatdır. Bu narahatlıq həm daxili qüvvələr, həm də onlara dəstək verən bəzi xarici dairələrlə əlaqədardır. Paşinyan hakimiyyəti seçki təhdidlərinə, xarici müdaxilələrin qarşısının alınmasına görə Avropa İttifaqından (Aİ) dəstək istəyir. Məlumdur ki, Aİ Ermənistana bu məqsədlə artıq 15 milyon avro ayırıb.

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin 15 dekabrda keçirilən iclasında Ermənistan məsələsi müzakirə olunub. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas iclasdan əvvəl deyib ki, gələn il Ermənistanda keçiriləcək seçkilərlə bağlı necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xarici müdaxilələrin qarşısının alınması mövzusunda bizdən kömək istəyib. Kaya Kallas 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın Ermənistanda dezinformasiya kampaniyasını gücləndirdiyini də söyləyib.

Çexiyanın Aİ-dəki Daimi nümayəndəliyinin "X" hesabındakı paylaşımda isə vurğulanıb ki, Aİ ölkələri Ermənistanın hibrid və kibertəhdidlərə, eləcə də dezinformasiyanın yayılmasına qarşı mübarizə aparmaq imkanlarının gücləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər.

Göründüyü kimi, hakimiyyət ciddi narahatlıq keçirir, seçki yaxınlaşdıqca xarici müdaxilələrin, təhdidlərin daha da artacağı istisna deyil.

Politoloq Zaur Məmmədov hesab edir ki, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın “Ermənistan seçkilərdə xarici müdaxilənin qarşısının alınması üçün Avropa İttifaqından yardım istəyib” açıqlaması onun bağlı qapılar arxasında müzakirə olunan məsələni açıq müstəviyə çıxarmasıdır. Paşinyanın belə bir müraciətlə çıxış etməsi hakimiyyətinin həm daxili, həm də xarici müstəvidə üzləşdiyi çağırışları açıq şəkildə ortaya qoyur.

Onun sözlərinə görə, Kallasın bu bəyanatı əslində Paşinyana köməkdən daha çox, yatanın ayıldılması, geosiyasi mübarizənin şiddətlənməsinin sürətləndirilməsidir:

“Hər halda, Aİ Paşinyana köməyi səssizcə edə bilər, bunu geniş auditoriyaya çıxarmağa ehtiyac vardımı? Məlum məsələdir ki, Paşinyan 2018-ci ildən bəri Moskvanın Ermənistan üzərində qurduğu klassik patron-vassal modelini tədricən sarsıtmağa çalışır. KTMT-dən faktiki uzaqlaşma, Qərblə siyasi dialoqun intensivləşməsi, Qarabağ məsələsində Rusiyanın “təhlükəsizlik təminatçısı” rolunun itirilməsi Kremlin Ermənistandakı təsir rıçaqlarını zəiflədib. Lakin bu rıçaqlar tam sıradan çıxmayıb. Rusiya ilə əlaqəli siyasi elita, media resursları, təhlükəsizlik strukturlarında qalan köhnə şəbəkələr seçki dövründə informasiya manipulyasiyası, legitimliyin şübhə altına alınması və kütləvi etirazların qızışdırılması üçün hələ də əlverişli alətlərə malikdir.

Artıq heç kimə sirr deyil ki, 2026-cı il seçkiləri bu dəfə sadəcə hakimiyyət uğrunda mübarizə deyil, Ermənistanın hansı geosiyasi məkanın bir hissəsi olacağına dair "referendum" xarakteri daşıyır. Xarici müdaxilə ehtimalı isə bu seçimi Ermənistan cəmiyyətinin deyil, xarici güclərin iradəsinə tabe edə bilər. Ona görə də, mövcud hakimiyyət erməni vətəndaşları qarşısında bu şüarı qoymalıdır - "Ermənistan üçün əsas sual artıq “Paşinyan qalacaqmı?” deyil. Əsas sual budur: Ermənistan seçkilər vasitəsilə suveren qərar verə biləcək, yoxsa yenidən kənar qüvvələrin siyasi ssenarilərinin obyekti olacaq? Hər halda, hadisələr göstərir ki, 2026-cı il təkcə seçkilərə qədər yox, seçkilərdən sonra da qaynar keçəcək və hər bir gün Paşinyan üçün çağırışların dəf edilməsi üçün mübarizə kimi yadda qalacaq. Gürcüstanda illər əvvəl baş verənləri unutmamalıyıq”.

Politoloq əlavə edib ki, Cənubi Qafqazda real təhlükəsizlik arxitekturası artıq kağız üzərindəki alyanslar deyil, faktiki güc və məsuliyyət daşıyan aktorlar üzərində formalaşır. Bu kontekstdə Azərbaycan və Türkiyə bölgədə təhlükəsizliyin əsas qarantları kimi çıxış edirlər: “Azərbaycan regionda status-kvonun dəyişdirilməsində həlledici rol oynayan dövlətdir. Uzun illər davam edən qeyri-müəyyənlik, “dondurulmuş münaqişə” adı altında saxlanılan xaos məhz təhlükəsizliyin əsas mənbəyi idi. 2020-ci ildən sonra Bakı göstərdi ki, təhlükəsizlik yalnız güc balansını bərpa etməklə və beynəlxalq hüquqa əsaslanan reallıq yaratmaqla mümkündür. Bu baxımdan Azərbaycan regional nizamı pozan yox, əksinə, onu formalaşdıran aktora çevrildi. Azərbaycan-Türkiyə tandemi bölgədə təhlükəsizliyin təminatçısı kimi çıxış edərkən fərqli model təqdim edir. Bu model nə Rusiyanın postsovet “nəzarət və asılılıq” yanaşmasına, nə də Qərbin uzaqdan normativ tövsiyələrinə bənzəyir. Burada əsas prinsip sadədir: suverenlik, sərhədlərin toxunulmazlığı və kommunikasiya xətlərinin təhlükəsizliyi. Məhz bu prinsiplər regionda davamlı sabitliyin əsasını təşkil edir.

Ermənistan üçün də bu reallığın əhəmiyyəti böyükdür. Paşinyan hökuməti gec də olsa, bəlkə də anlamağa başlayır ki, ölkənin təhlükəsizliyi artıq üçüncü tərəflərin qeyri-müəyyən “zəmanətləri” üzərində qurula bilməz. Ermənistanın real təhlükəsizliyi qonşularla münasibətlərin normallaşmasından, regional layihələrə qoşulmasından və hərbi-siyasi avantüralardan imtina etməsindən keçir. Bu mənada Azərbaycan və Türkiyənin yaratdığı yeni regional düzən Ermənistan üçün təhdid yox, alternativ təhlükəsizlik imkanıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri