Ermənistan sülh müqaviləsinin son iki bəndi ilə niyə razılaşıb? Mirzoyan şərh etdi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İrəvanın Bakı ilə sülh sazişinin son iki bəndinə razılıq verməsi danışıqlar prosesinin pozulmaması məqsədilə edilib".
Oxu.Az -ın erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Xatırladaq ki, bu ilin mart ayında Azərbaycan və Ermənistan sülh sazişi mətninin razılaşdırılması üzrə danışıqların başa çatdığını açıqlayıblar. Son razılaşdırılmış iki bənd - üçüncü ölkənin hərbi qüvvələrinin sərhəddə yerləşdirilməməsi və tərəflərin bir-birinə qarşı beynəlxalq məhkəmələrdə iddialardan imtina etməsi əvvəl Ermənistan tərəfindən qəbul edilməmişdi.
Lakin Mirzoyan bu gün parlamentdə 2024-cü ilin dövlət büdcəsinin icrasına dair hesabat təqdim edərkən qeyd edib ki, müəyyən mərhələdə bu iki bəndin razılaşdırılmadan qalması digər maddələrin müzakirəsinə mənfi təsir göstərə bilərdi. Onun sözlərinə görə, bu, daha əvvəl razılaşdırılmış mühüm müddəaları belə şübhə altına ala bilərdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 İyun 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















