Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Ermənistan sülh sazişini də “minalamağa” çalışır

Ermənistan sülh sazişini də “minalamağa” çalışır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının tələbləri yerinə yetirilənədək Türkiyənin qapıları İrəvanın üzünə bağlıdır

Antalyada öz işini davam etdirən IV Diplomatiya Forumu panel müzakirələrdəki çıxışlar, keçirilən ikitərəfli görüşlər ilə verilən açıqlamalarla diqqəti cəlb etməkdədir. Gündəmə gətirilən mövzulardan biri bizim üçün xüsusi əhəmiyyətə malik Türkiyə–Ermənistan münasibətləri olub. Bu mövzu Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri – Sərdar Kılıç və Ruben Rubinyan arasında keçirilən görüşdə müzakirə edilib. Ermənistan nümayəndəsinin sözlərinə görə, görüş müsbət atmosferdə keçib. Amma vəziyyət heç də onun dediyi kimi deyilmiş.

Son üç ildə Ermənistan bu mövzunu dəfələrlə gündəmə gətirib və hər dəfə özünə sərfəli cavab almağa çalışıb. Amma bu zaman Ankara Bakının tələbləri yerinə yetirilməyincə, bundan sonra sülh sazişi imzalanmayınca Ermənistanla sərhədin açılmayacağını İrəvanın diqqətinə çatdırıb. Antalyada Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “CivilNet” nəşrinə eksklüziv müsahibə verib. Erməni nəşrinin müxbiri ondan Rubinyanla görüşdən aldığı təəssüratı barədə soruşub və Ermənistan–Türkiyə münasibətlərinin normallaşma prosesi, bu istiqamətdə neçə vaxtdır davam edən danışıqların indiki mərhələsinə aydınlıq gətirməsini istəyib.

Kılıç bu məsələnin danışıqlar masasının mövzusu, yaxud hansısa problemin həll prosesi olmadığını bildirib: “Biz bu günə qədər mühüm addımlar atmışıq. Bu yaxınlarda biz tarixi “Ani” körpüsünü bərpa etmək qərarına gəldik. İşçi qruplarımız münasibətlərin bərpası prosesinin texniki tədqiqinə başlayıblar. Tezliklə pilot işlərə başlayacağıq. Biz nizamlanma prosesini sürətləndirmək üçün mümkün olan hər şeyi edirik. Çünki bu, hər iki ölkə və xalq üçün faydalıdır. Düşünürəm ki, Rubenlə yaxşı münasibətlərimiz var. Biz bir-birimizi başa düşürük və prosesi irəli aparmaq üçün əlimizdən gələni edirik”.

Ardınca erməni reportyor sualı daha konkret şəkildə qoyub: “Ermənistan–Türkiyə sərhədinin üçüncü dövlətlərin nümayəndələri üçün nə vaxt açılacağı barədə nə deyə bilərsiniz? Türkiyə rəsmisi suala cavabında məsələ ilə bağlı bundan əvvəl səsləndirdiyi açıqlamasını təkrar edib: “Biz bu məsələ ilə bağlı hələ 2022-ci ildə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün qərar vermişik. Hazırda texniki detallar üzərində işləyirik. Bunun nə vaxt baş verəcəyini bilmirəm, amma biz çox çalışırıq. Ümid edirəm ki, bu prosesi ən qısa zamanda başa çatdıracağıq”.

Nəhayət, erməni jurnalist onu maraqlandıran və müsahibəsinin məqsədini təşkil edən sualın üzərinə gəlib: – Bu gün siz Ermənistan konstitusiyası məsələsinə toxundunuz. Bu zaman konkret nə demək istədiyinizi izah edə bilərsinizmi?

S.Kılıçın suala diplomatik cavabı belə olub: – Bu, vacib məsələdir və qeyd etdiyiniz kimi, Azərbaycan Ermənistanın konstitusiyasına dəyişikliklər tələb edir. Ermənistan hakimiyyəti artıq bəyan edib ki, onlar da konstitusiyaya dəyişiklik etmək istəyirlər. Amma bu, Ermənistanın daxili işidir. Bu dəyişiklik prosesinin necə və nə vaxt həyata keçiriləcəyinə erməni xalqı və erməni institutları qərar verəcəklər”.

* * *

Türkiyənin xüsusi nümayəndəsindən özünə sərfəli cavabı ala bilməyən “CivilNet” müsahibəyə şərhində qeyd edir ki, rəsmi fəaliyyət və diplomatik təmaslara baxmayaraq, iki ölkə arasında normallaşma prosesi simvolik jestlər mərhələsində qalır. Xüsusən də sərhədlərin açılması məsələsində irəliləyiş yoxdur. Saytın qənaətincə, Ermənistan və Türkiyə normallaşmadan danışsa da, hələlik bəyanatlardan hərəkətə keçməyə cəsarət etmirlər. Mövcud dinamikanı nəzərə alaraq, yaxın gələcəkdə ciddi irəliləyişlər olmadan məhdud təmaslar gözləmək mümkündür.

Aydın məsələdir ki, Türkiyə Ermənistanla məlum mövzuda müzakirələr apararkən Azərbaycanın şərtlərini və maraqlarını da nəzərə alır. Ermənistan–Türkiyə münasibətlərinin normallaşması prosesinin özəlliyi ondadır ki, Ankara bu zaman birbaşa Bakı ilə atacağı bütün addımları razılaşdırdığını bəyan edir.

Mövzu ilə bağlı Ermənistanın “Verelq” saytı öz versiyasını irəli sürərək yazır ki, iki ölkə arasında diplomatik münasibətlərin normallaşması prosesində ehtimal edilən simvolik addımlardan biri sərhəddəki “Ani” körpüsünün bərpası məsələsinin müzakirəsi olub. Saytın yazdığına görə, bu, qarşılıqlı əlaqə yaratmaq cəhdi kimi qiymətləndirilə bilər, amma bu layihənin praktiki icrası sual altındadır: “Ermənistan konstitusiyasına mümkün dəyişikliklər Bakının ilkin tələbi kimi mühüm müzakirə mövzusu olaraq qalmaqdadır. “Verelq”in Türkiyənin belə şərtlər irəli sürüb-sürməməsi ilə bağlı sualını cavablandıran Kılıç söyləyib ki, baş nazir Nikol Paşinyan bu məsələ ilə bağlı açıqlamalar verib və bu kontekstdə dəyişikliklər edilə bilər.

“Verelq” məsələyə şərhində haqlı olaraq vurğulayır ki, Kılıçın açıqlaması özündə ərazi iddialarını ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsi Ankaranın İrəvana gizli tələblərindən biri olduğunu ortaya qoyur.

Ermənistan–Türkiyə sərhədinin açılması məsələsi ilə bağlı Rusiyanın “RİA Novosti” informasiya agentliyinin sualına cavabında Sərdar Kılıç “bu məsələdə heç bir irəliləyiş yoxdur”, – deyə bildirib. Türkiyəli diplomat Ankaranın prosesi inkişaf etdirmək istədiyini və Ermənistanla təmasda olduğunu vurğulasa da, hazırda danışıqlar üçün konkret tarixin təyin edilmədiyini deyib.

* * *

“Biz 2023-cü ildən bu yana sülh sazişinin imzalanmasını gözləyirik. Ermənistan konstitusiyasında zəruri dəyişikliyin edilməsi dünya praktikasında olan bir məsələdir. Bu mövzu Azərbaycan üçün olduqca vacibdir”. Bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib. Nazir çıxışında erməni həmkarı Ararat Mirzoyanın məlum iddiasına da cavab verib: “Azərbaycan konstitusiyasında Ermənistanın mövcud ərazisinə dair hər hansı bir ərazi və torpaq iddiası yoxdur”.

Yeri gəlmişkən, Ankara rəsmisinin erməni və rus media subyektlərinin suallarına cavabları C.Bayramovun bu yöndə açıqlaması ilə üst-üstə düşüb: “Hesab edirik ki, bu zəruri addımlardan sonra sülh sazişinin tamamlanması və imzalanması, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması yolunda heç bir maneə olmayacaq”.

Beynəlxalq diplomatik platformanı problemlərini dünyaya car çəkmək fürsəti bilən rəsmi İrəvan burada da fiaskoya uğramağa məhkumdur. Təkcə Türkiyə deyil, artıq dünyanın əksər dövlətləri Azərbaycanın obyektiv və ədalətli mövqeyini dəstəkləyir. Bakının beynəlxalq hüquqa və reallığa söykənən tələblərini yerinə yetirmədən isə dünyaya qapılar Ermənistanın üzünə bağlı qalacaq...

Tofiq ABBASOV,
siyasi şərhçi

– Bu məsələ ətrafında Ermənistan daim spekulyasiyaya varır. Amma İrəvan onu da yaxşı bilir ki, bu mövzuya yanaşmada Ankaranın və Bakının fikri yekdildir və bunun dəyişilməsini təxmin etmək mümkün deyil. Antalya Diplomatik Forumunda da bu məsələlər müzakirəyə çıxarılır və artıq beynəlxalq gündəliyə daxil edilir. Bu o deməkdir ki, həmin məsələlər barədə bəzilərinin məlumatı yox, yaxud yarımçıq idisə, biz bu boşluqları doldururuq. Həmin prosesdə Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni tamamlayır. Ermənistana gəldikdə isə Türkiyə ilə barışmaq, sərhədlərin açılması onun çoxdankı arzusudur. Məlum problemin unudulmasını, kölgədə qalmasını istəyən İrəvan bu mövzuya, guya, sonradan qayıtmağı düşünür. Əlbəttə ki, bu, bir xülyadır. Amma bütün məsələlərin kompleks halda öz həllini tapması Bakının əsas şərtidir.

Yeni dünya düzəninin hansı əziyyətlə formalaşdığının şahidiyik. Bu prosesi müşahidə edən dünyanın heç bir ölkəsi razılaşmaz ki, hansısa problem müvəqqəti şəkildə həllini tapsın. Çünki bu gün müvəqqəti həll olunan məsələ sonra partlayış formasında ortaya çıxacaq. Ola bilsin ki, Ermənistan hakimiyyəti məhz bu düşüncə ilə hərəkət edir. İrəvan Azərbaycan ərazilərini kütləvi şəkildə minaladığı kimi, siyasi meydana da gec partlayan minalar düzməyə çalışır. Yəni məsuliyyət hissini itirir.

Bakının tələbləri qanuni və məntiqlidir. Bu tələbləri yerinə yetirmədikcə Ermənistan təkcə Azərbaycan üçün deyil, bölgənin bütün ölkələri üçün təhdidlər yaratmaqda davam edəcək. Siyasi etika bunu tələb edir: dövlətlər özlərinin milli qanunvericiliyini elə tərzdə tərtib etməlidirlər ki, o, başqalarına problem yaratmasın. Mütləq qalib Azərbaycanın tələbləri tam haqlıdır və biz gələcəyi düşünərək elə bir sülh müqaviləsini təsəvvür edirik ki, haylar bundan sonra heç bir problem yarada bilməsinlər. Ermənistan bu məsələdə məsuliyyətli davranmalı, öz istəklərini bölgə dövlətlərinin və beynəlxalq birliyin gözləntilərindən üstün tutmamalıdır. Bu prosesdə Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin davranışı nümunəvidir.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri