Icma.az
close
up
RU
Ermənistan sülh sazişini silahlarla imzalayacaqmı?

Ermənistan sülh sazişini silahlarla imzalayacaqmı?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanın ən mühüm xarici tərəfdaşlarından birinə çevrilib. Bu, iki tərəfin qarşılıqlı maraqlarından irəli gəlir. Daha doğrusu, Pakistanla Azərbaycan arasında uzun illərdir ki, müxtəlif sahələrdə sıx qarşılıqlı əməkdaşlıq mövcuddur. Pakistanla Hindistanın arasında isə Kəşmir problemi var. Bu, Nyu-Dehlinin İrəvanla münasibətləri inkişaf etdirmək istəyinə təsir göstərir. Yəni ölkəmizə Pakistanın dostu kimi baxır. Ona görə də, bizə düşmən mövqedə olan Ermənistanla siyasi və hərbi əməkdaşlığı genişləndirir. Daha doğrusu, “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edir.

Ancaq başqa amillər də var. Ən mühümü Hindistanın dünyanın beşinci iqtisadiyyatına çevrilməsidir. Nyu-Dehli artan nüfuzu ilə paralel olaraq Ermənistanla münasibətləri möhkəmləndirmək, bu ölkənin ərazisindən istifadə etməklə Avropa bazarına çıxmaq istəyir. Bu mənada, ekspertlər Hindistanın hakim dairələrinin Cənubi Qafqaz siyasətini həm Azərbaycan–Pakistan tandeminin Kəşmir başda olmaqla regional məsələlərdə ortaq hərəkətinə cavab olaraq, həm də öz infrastruktur layihələrinin marşrutlarını genişləndirmək istəyi kimi qiymətləndirir. Bildirilir ki, bu sahədə əməkdaşlığı möhkəmləndirmək üçün son illərdə mütəmadi görüşlər geçirilir. Sonuncu belə görüş, martın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla hindistanlı həmkarı Subrahmanyam Caiyşankar arasında olub. “Bu səfər çox rəmzi bir məqamda baş tutur, çünki bu il ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 30 ili tamam olur”, – A. Mirzoyan sosial şəbəkələrdə yazıb.

Görüş zamanı hərbi sahədə əməkdaşlıq müzakirə olunub. Yada salaq ki, 2023-cü ildə Hindistan faktiki olaraq Ukraynadakı müharibəyə başı qarışmış Rusiyanı əvəz edərək Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Nyu-Dehlinin Ermənistana silah ixracı 2020-ci ildə, hələ 44 günlük müharibə başlamazdan əvvəl, 4 ədəd “Swathi” radar sisteminin satılması ilə bağlı razılıqla başlanıb. O vaxtdan Ermənistanla Hindistan arasında silah alışı ilə bağlı 600 milyon dollarlıq müqavilə imzalanıb.

Hindistan hərbi ekspertləri hesab edirlər ki, Hayastana satdıqları silah bu ölkənin Azərbaycan qarşısında effektiv müdafiəsini təşkil edəcək gücdə deyil. Buna görə də qarşıdakı illərdə Ermənistanın hərbi ehtiyacları dərindən araşdırılmalı və müvafiq silah sistemləri təklif olunmalıdır. Bunlar, Hindistanın Ermənistanı silahlandırmaq və daha çox gəlir əldə etmək istəyindən xəbər verir. Deməli, Yeni Dehli İrəvana “daimi müştəri” gözü ilə baxır. İrəvanın Bakı qarşısında hərbi sahədə gücsüz olduğunu da yaxşı başa düşür. Bununla belə, Hindistan Ermənistanı silahlandırmaqla regionda sülhü, əməkdaşlığı və təhlükəsizliyi təhdid edir.

Onu da qeyd edək ki, tərəflər, həmçinin kosmik texnologiyalar, infrastruktur və bərpaolunan enerji sahəsində də tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparıblar. Göründüyü kimi, hərbi-texniki əməkdaşlıqla yanaşı, iki dövlət arasında ticarət dəhlizinin (infrastruktur) yaradılması həmişə diqqət mərkəzində olub. “Şimal-Cənub” nəqliyyat dəhlizinin Ermənistan ərazisindən keçəcək qolu olan bu layihəyə əsasən, marşrut Hindistanın Mumbay limanından İrana, Azərbaycandan yan keçməklə Ermənistana, oradan isə Avropaya uzanacaq.

Ehtimal olunur ki, marşrut körfəz ölkələrindən və Hindistandan yüklərin optimal marşrutla Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) daşınmasına imkan verəcək. İran və Hindistan üçün bu marşrut mürəkkəb dəniz yollarından yan keçməklə tədarükün diversifikasiya yolu kimi xüsusi əhəmiyyət daşıyacaq.

İlk baxışdan hər şey Ermənistan üçün çox gözəl görünür. Amma heç də belə deyil. Birincisi, Hindistandan Rusiyaya və əksinə, göndərilən yüklər əvvəlcə Ermənistandan, sonra Yuxarı Lars gömrük-keçid məntəqəsindən keçməlidir. Çünki Ermənistanı ən böyük iqtisadi tərəfdaşı olan Rusiya ilə birləşdirən yeganə quru yolu Kazbek dağından keçən Yuxarı Lars gömrük-keçid məntəqəsidir. Bu məntəqənin yerləşdiyi ərazi olduqca çətin coğrafi relyefə malikdir. Əksər aylarda yollar şaxtalı və buzlu olur və yük maşınlarının keçməsində böyük çətinliklər yaradır. Digər tərəfdən, Yuxarı Lars gömrük-keçid məntəqəsinin texniki imkanları da məhduddur.

Burada maraqlı bir məqam da var. Bəs Ermənistan–İran sərhədindən yüklər Gürcüstana qədər necə daşınacaq. Yada salaq ki, Ermənistanın dəmir yolu sisteminin İran sistemi ilə əlaqəsi yoxdur. Sovet dövründə Naxçıvan vasitəsilə təmin olunan əlaqə çoxdan ermənilərin özləri tərəfindən sıradan çıxarılıb. Üstəlik, gələcəkdə bu ərazidə işlək nəqliyyat xətlərinin tikilməsi böyük xərc tələb edir. Çünki Zəngəzurun dağlıq relyefi var. Oradan dəmir yolu xətti və ya adi yol çəkmək böyük vəsait tələb edir. Unutmayaq ki, asfalt yolun da bir hissəsi Azərbaycan ərazisindən keçir.

Ermənistanın özündə də dəmir yolu xətti istismara yararsız vəziyyətdədir. Vaxtilə mövcud olmuş dəmir yollarından biri Tbilisiyə, digəri isə Qazax vasitəsilə Bakı və Rusiyaya gedirdi. Ermənistanı Rusiyaya birləşdirən digər istiqamət isə Naxçıvan, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın cənubundan keçir. Beləliklə, dəmir yolu xətti əvvəllər üç istiqamətdən hərəkət edərək Rusiyaya çıxış əldə edə bilirdi.

Cənubi Qafqazda baş verən münaqişələr səbəbindən hər üç istiqamətdə Rusiyaya çıxış bağlıdır. Abxaziyadan keçən dəmir yolu 1991-93-cü illərdə gürcü –abxaz münaqişəsi nəticəsində fəaliyyətini dayandırıb.

Ermənistanla Azərbaycan arasında hələ 1988-ci ildən başlanan münaqişədən sonra Dilican–Qazax istiqamətində dəmir yolu 1989-cu ildən tamamilə fəaliyyətsizdir. Bu xətt, demək olar ki, sökülüb.

Ermənistanın cənubundan keçən Mincivan–Mehri–Culfa dəmir yolu da öz fəaliyyətini dayandırıb. Bu xəttin Mehri istiqamətindən keçən hissəsi tamamilə sökülüb. İnfrastruktur istifadəyə yararsız vəziyyətdədir. Hazırda Zəngəzur dəhlizinin Ermənistan hissəsinin bərpasına çəkiləcək xərclər təxminən 226 milyon dollar təşkil edir. Onun öz ərazisindəki dəmir yolu infrastrukturunu tam bərpa edib işlək vəziyyətə salmaq üçün isə milyardlarla dollar lazımdır. Ermənistan dəmir yolu yalnız Gürcüstana işləyir. Bu ölkənin mallarının 70 faizi Gürcüstanın Poti və Batumi limanlarından daşınır. Hər iki limanın texniki imkanları artan yükdaşımalarını qarşılaya biləcək gücdə deyil. Deməli, yeni, beynəlxalq standartlara cavab verən liman tikilməlidir.

İrəvan isə çıxış yolunu Rusiya ilə Ermənistanı birləşdirən və Abxaziyadan keçən dəmir yolu xəttinin açılmasında görür. Lakin bu arzu reallaşana oxşamır. Məsələ ondadır ki, Abxaziya ilə Rusiya və Ermənistan arasında dəmir yolunun açılması mövzusu dəfələrlə müzakirə olunub, amma gürcü tərəfinin haqlı etirazı səbəbindən razılığa gəlmək mümkün olmayıb. Gürcüstan hesab edir ki, Abxaziya ilə dəmir yolu əlaqəsinin bərpası onun “hakimiyyətinin” legitimliyini tanımağa bərabərdir, yalnız separatçıların maraqlarına xidmət edir.

Rusiya ilə Ermənistanı birləşdirən və Abxaziyadan keçən dəmir yolu xəttinin açılmasına mane olan digər səbəb isə maliyyə ilə bağlıdır. Dəmir yolunun Oçamşirdən Zuqdidiyə qədər olan hissəsi yalnız xəritədə mövcuddur. Abxaziya ərazisində yolun çox hissəsi isə sökülüb.

Beləliklə, bu layihədə siyasi-iqtisadi cəhətdən səmərəli sayılmır. Odur ki, Hindistan–İran–Ermənistan “dəhlizi də” daha çox dalan olacaq. Çünki Ermənistan hazırda çoxsaylı problemləri və xarici ianələr hesabına mövcud olan iqtisadiyyatı, regionda oynadığı pozucu fəaliyyəti ilə arzuolunmaz vəziyyətdədir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu XQ-yə bildirdi ki, Ermənistanla Hindistan arasında hərbi əməkdaşlıq, əlbəttə, narahatlığımıza səbəb olur. Çünki Ermənistan indi uzaqmənzilli raketlər əldə etməyə çalışır. Bu isə Azərbaycana birbaşa təhdid yaradır. Amma son zamanlar hiss olunur ki, haylar Hindistandan istədikləri silahları tam ala bilmirlər. Bu dövlətin Cənubi Qafqazda iqtisadi tərəfdaşı Azərbaycandır. Nyu-Dehli Azərbaycandan böyük həcmdə neft alır. İki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar həcmindədir. Üstəlik, Hindistandan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Ona görə də hesab edirəm ki, Hindistanın rəsmi strukturları bu məsələni diqqətdən yayındırmamalıdırlar.

Ölkəmizin ərazisindən keçəcək “Şimal-Cənub” nəqliyyat dəhlizi onun üçün daha faydalıdır. Nyu-Dehli bu dəhliz vasitəsilə yüklərini Rusiya və Avropaya rahatlıqla daşıya bilər. Ermənistandan keçəcəyi ehtimal olunan dəhliz isə xəyaldır. Həyata keçirilməsi inandırıcı görünmür. Ümid edirəm ki, Hindistan Ermənistanla hərbi əməkdaşlıqda Azərbaycanın mövqeyini nəzərə alacaqdır”.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see492

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see190

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see179

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see130

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri