Icma.az
close
up
RU
Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır, silah aldıqları ölkələrin... AÇIQLAMA

Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır, silah aldıqları ölkələrin... AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Ermənistanın 2025-ci ildə hərbi büdcəsi 1,7 milyard dollardan çox olacaq. Bu isə ötən illə müqayisədə 20 faiz çoxdur. Analitiklərin fikrincə, Ermənistanın hərbi xərclərinin sürətlə artırması bölgədə sülh gündəliyini təhdid edir. 

Bununla bağlı Sfera.az-a açıqlama verən Sosial Rifah və Tədqiqatlar Mərkəzinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli xatırladıb ki, Ermənistanın Fransa, Hindistan, Yunanıstan və digər ölkələrdən silah aldığı haqqında xəbərlər də gündəmi zəbt edir:

“Bəzi erməni politoloqların çıxışlarına diqqət etsək, bir çox mətləblər aydınlaşar. Real vəziyyət onu deməyə əsas verir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır. Bu ölkənin hərbi xərclərini artırması isə sual yaradır. Yəni iqtisadi imkanları o qədər böyük olmayan kiçik bir ölkə silahlanmaya bu qədər vəsaiti haradan və kimdən tapır? Gələcəkdə bu silahlar hansı ölkəyə tuşlanacaq? Heç şübhəsiz ki, həmin hərbi resurslar müdafiə məqsədilə alınmır. Onların hara tuşlanacağı da bəllidir.Təbii ki, belə məqamda davamlı addımların atılmasına ehtiyac var”.

Müsahibimiz qeyd etdi ki, Ermənistana silah satan ölkələrlə bütün sferalarda danışıqlar aparmaq lazımdır: 

“Həmin ölkələrin nəhəng şirkətlərinin Azərbaycanla geniş əlaqələri var. Hətta bəzi nüfuzlu şirkətlər öz ölkələrinin xarici siyasətinə təsir etmək gücündə olur. Bu baxımdan regionda yenidən müharibə riskinin yaranmaması,  Azərbaycanın hər hansı itkilərlə üzləşməməsi üçün Ermənistan sülh müqaviləsini hərbsizləşdirilmiş ölkə kimi imzalamalıdır. Əks təqdirdə, Ermənistan istənilən sülh müqaviləsini öz əxlaqına uyğun poza biləcək, konfliktlərə meylli ölkə olduğunu göstərəcək. Digər tərəfdən nəinki ermənilərə, hətta onların imzalayacağı sülh müqaviləsinə də etibar etmək çətindir”.

Günay Rəsulqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri