Icma.az
close
up
RU
Ermənistan müharibəyə hazırlaşır? AÇIQLAMA

Ermənistan müharibəyə hazırlaşır? AÇIQLAMA

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşdığı barədə yerli mediada xəbərlər dərc edilib.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycanın 44 günlük müharibədə qələbəsindən və sonrakı lokal antiterror əməliyyatlarından sonra Ermənistan heç vaxt revanşist ideyalarından əl çəkməyib:

“Həmçinin müxalifətin dilini istifadə edən Ermənistan guya xalqın istəyini ifadə etdiyini bildirərək bu istiqamətdə ciddi addımlar atmağa davam edir. Son bir ildə bu ideyaları daim təkrarlayırlar. Baxmayaraq ki, sülh müqaviləsinin imzalanması istiqamətində guya müsbət addımlar atıldığını, müəyyən delimitasiya və demarkasiya məsələlərində irəliləyişlər əldə olunduğunu və sülhün bərqərar olması üçün müzakirələr aparıldığını bildirirlər. Lakin paralel olaraq öz havadarları vasitəsilə silah və sursat tədarükü həyata keçirirlər. Bu silahlar artıq ciddi hücum silahları ilə zəngindir və onlar həmçinin Avropanın vizual kəşfiyyatçılarını istifadə edərək məlumatları həm Avropaya, həm də digər dövlətlərə ötürməkdədirlər”.

Milllət vəkili qeyd edib ki, son zamanlar verilən açıqlamalarda Ermənistanın ehtiyatda olan hərbçiləri yenidən təlimə çağırmağı planlaşdırdığı görünür. Bu proses aprelin 1-dən iyunun 15-ə qədər davam edəcək. Təkcə təlimə çağırmaqla müharibə olmur, ordunu da ciddi şəkildə hazırlıqla təmin etməlidirlər. Uzun müddət, təxminən üç ay boyunca ehtiyatda olan hərbçilərin təlimə çağırılması müəyyən əlamətlərdən xəbər verir. Təlimlərin müddəti əsasən 10-15 gün olsa da, bu qədər uzun müddət ərzində ordunun ehtiyat qüvvələrini təlimə çağırmaq ciddi hazırlıq işlərinin aparıldığını göstərir”.

A.Nağıyevin sözlərinə görə, burada Rusiyanın maraqları da önə çıxır:

“Ukrayna ilə olan müharibə fonunda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanın müharibəyə cəlb edilməsi nə qədər mümkündür? Deməli, burada maraq eyni zamanda Rusiyaya qarşı atıla biləcək addımlardan da gəlir. Fransa və digər Avropa ölkələri Rusiyanın regiondakı nüfuzunu zəiflətməyə və onların silahlı qüvvələrini çıxarmağa çalışır. Digər bir məsələ isə Rusiyanın öz istəyinin olub-olmamasıdır”.

Azərbaycanın istənilən aqressiya və ya hücuma hazır olduğunu vurğulayan millət vəkili deyib ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı məsələləri hərbi yolla həll etməyə çalışarsa, bu, cavabsız qalmaz:

“Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam qorumağa qadirdir. Bizim müstəqil daxili və xarici siyasətimiz, həm də hərbi doktrinaya uyğun olaraq bu addımı atmağa imkan verir. Ermənistanın qanunsuz hərəkətləri qarşısında Azərbaycan ciddi cavab verəcək. Bundan əlavə, bu proseslərin yeni bir eskalasiyaya gəlib çatmaması üçün Ermənistan və onun havadarları anlamalıdır ki, regionda ikinci müharibə ocağının alovlanması ciddi nəticələrə səbəb ola bilər. Azərbaycan kifayət qədər güclüdür və öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin etmək imkanına malikdir. Ermənistan nə qədər təxribatlara əl atsa da, bu onların özləri üçün problemlər yaradacaq”.

“Bir daha qeyd etmək istəyirəm ki, “dəmir yumruq” yerindədir. Azərbaycan siyasətində suverenliyin qorunması, ərazi bütövlüyü və hər bir vətəndaşın təhlükəsizliyinin təminatı əsas prioritetdir. Buna görə də ermənilər və onların havadarları ciddi düşünməlidirlər”, - deyə A.Nağıyev əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Mart 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri