Icma.az
close
up
RU
Ermənistan təxribatçıları aktivləşdi Yeni müharibə gözlənilir?

Ermənistan təxribatçıları aktivləşdi Yeni müharibə gözlənilir?

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və Ermənistan arasında keçən həftə sülh sazişinin mətni imzalanıb.

Lakin, dünən səhər və axşam Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumuzun mövqelərini atıcı silahlarla atəşə tutub. Sülh danışıqlarında ümumi razılığın əldə edilməsindən sonra Ermənistanın bu cür davranmasının səbəbi nə ilə izah oluna bilər?

Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmasını hazırki vəziyyətə mənfi təsir göstərən amil kimi qiymətləndirib.

Politoloq bildirib ki, bir neçə gün əvvəl tərəflər sülh sazişi ilə bağlı işləri yekunlaşdırdıqlarını bəyan etmişdilər:

“Buna baxmayaraq, tam həll olunmamış bəzi məsələlər qalır. Lakin atəşkəs rejiminin pozulması, sülh sazişi tam şəkildə imzalanana qədər ara-sıra baş verəcək belə təxribatların bir hissəsidir. Bunun bir neçə səbəbi var. Birincisi, Ermənistan cəmiyyətində revanşist meyillər kifayət qədər yüksəkdir. Bu təxribatları törətməklə Ermənistan tərəfi həm də belə bir mesaj verir ki, onların hələ də müəyyən gücü var və müəyyən dərəcədə revanş cəhdləri edə bilərlər. İkincisi, Ermənistan hakimiyyəti iddia edir ki,  cəmiyyət tərəfindən Azərbaycanla razılaşmalara getdiyi üçün tənqid olunur. Bu təxribatlar həmin iddiaların əksini sübut etmək cəhdi kimi qiymətləndirilə bilər".

O.Qasımov həmçinin, bu cür addımların Azərbaycanı cavab tədbirləri görməyə vadar edərək, həm prosesin gedişini ləngitmək, həm də beynəlxalq diqqəti süni şəkildə bölgəyə yönəltmək məqsədi daşıdığını vurğulayıb.

Politoloqun sözlərinə görə, bölgədə marağı olan və sülhün imzalanmasını istəməyən qüvvələr var: “Onlar da prosesə mənfi təsir göstərirlər. Bir neçə gün əvvəl Avropa İttifaqının anti-Azərbaycan mövqeyini nəzərə alsaq, bu təxribatların məqsədi həm də Azərbaycanı cavab tədbirlərinə təhrik edərək beynəlxalq diqqəti bölgəyə yönəltmək ola bilər. Ümumilikdə, belə təxribatlar sülh prosesinə mənfi təsir göstərir”.

Fidan Hacızadə 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Mart 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri