Icma.az
close
up
RU
Ermənistan həddini aşdı Tovuz təxribatları təkrarlanır: yeni müharibə gözlənilir?

Ermənistan həddini aşdı Tovuz təxribatları təkrarlanır: yeni müharibə gözlənilir?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər Ermənistanın Azərbaycanla şərti sərhəddə atəşkəsi intensiv şəkildə pozması bölgədə vəziyyəti yenidən gərginləşdirib. Bununla yanaşı, rəsmi İrəvan tərəfindən məqsədli şəkildə dezinformasiyalar da yayılmaqdadır. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistanın guya Azərbaycan Ordusunun Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açdığı və bunun nəticəsində mədəniyyət mərkəzinə zərər dəydiyi barədə iddialar tamamilə əsassız və yalandır. Bu məlumatların məqsədi beynəlxalq ictimaiyyəti çaşdırmaq və diqqəti öz təxribatından yayındırmaqdır.

Ermənistanın bir tərəfdən silahlanmağa davam etməsi, sərhəddə atəşkəsi pozması, digər tərəfdən isə ölkənin yüksək rütbəli rəsmilərinin sülh prosesinə dair verdiyi bəyanatlar ziddiyyət təşkil edir. Mövcud situasiya göstərir ki, bölgədə sabitliyin bərqərar olması üçün real və səmimi addımların atılması zəruridir.

Globalinfo.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi son təxribatlar 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində baş verən hadisələri xatırladır. Ermənistanın seçdiyi hədəflər strateji əhəmiyyət daşıyır:

“Sərhəd boyunca mövqelərimizin atəşə tutulması əvvəllər daha çox Qarabağ və Zəngəzur istiqamətində baş verirdisə, indi Qazax, Kəmərli və Tovuz istiqamətləri hədəfə çevrilib. Bu ərazilər Azərbaycanın Avropaya uzanan neft, qaz və dəmir yolu kimi əsas strateji kommunikasiyalarının keçdiyi ən dar boğazlardır. Məhz buna görə də 2020-ci ildə də bu istiqamətdə atəşkəs pozulmuşdu və nəticədə İkinci Qarabağ müharibəsi baş verdi”.

Hikmət Babaoğlu

Hikmət Babaoğlu Ermənistanın sülhə dair açıqlamalarını da şübhə ilə qarşılayır:

“Nə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ATƏT-in Minsk qrupu ilə bağlı dediklərinə, nə də baş nazir Nikol Paşinyanın sülh müqaviləsinin əsas şərtlərinin razılaşdırıldığına dair bəyanatlarına inanmaq olar. Bunlar yalnız diplomatik açıqlamalardır. Reallıq isə sahədə baş verən hadisələrlə ölçülür. Ermənistan növbəti müharibəyə ciddi şəkildə hazırlaşır və konkret hədəfləri müəyyənləşdirib”.

Deputat vurğulayıb ki, Ermənistanda sülhə meylli qüvvələr demək olar ki, yoxdur:

“Bu məsələ ilə bağlı Prezident İlham Əliyev ADA Universitetində keçirilən forumda çıxışı zamanı qeyd etdi ki, Ermənistanda həm aktiv, həm də passiv revanşistlər var. Paşinyan və onun komandası passiv revanşistlərdirsə, keçmiş prezidentlər Serj Sərkisyan, Robert Köçəryan və onların ətrafı açıq şəkildə aktiv revanşist mövqe sərgiləyirlər. Yəni orada sülh haqqında düşünən real siyasi qüvvə yoxdur”.

Hərbi ekspert Ədalət Verdiyev Ermənistanın son dövrlərdə sərhəd xəttində törətdiyi təxribatları şərh edərək bildirib ki, bu fəaliyyətlər İrəvanın sülh prosesində maraqlı olmadığını açıq şəkildə ortaya qoyur:

Ədalət Verdiyev

“Mart ayının ortalarından etibarən Ermənistanın intensiv şəkildə təxribatlara əl atdığı müşahidə olunur. Erməni ordusunun həm Naxçıvanla sərhəddə, həm də Tovuzqala rayonu istiqamətində yerləşən bölmələrindən aktiv manevrlər həyata keçirilir. Paralel olaraq, bir neçə istiqamətdə Ermənistanın ağır artilleriya qurğularını cəmləşdirdiyinin də şahidi oluruq”.

Ekspertin fikrincə, bu cür addımlar Ermənistanın Azərbaycanla sülh imzalamaq niyyətində olmadığını göstərir:

“Bu təxribatlar nəzarətsiz qalarsa, məhdudmiqyaslı hərbi eskalasiyanın baş verməsinə səbəb ola bilər. Belə bir vəziyyətdə rəsmi İrəvan üçün ağır nəticələrin qaçılmaz olacağını istisna etmək olmaz”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see123

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see119

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri