Icma.az
close
up
RU
Статья не опубликована
Ermənistan təxribatlarını davam etdirərsə, Zəngəzur dəhlizin güc yolu ilə açılması istisna deyil

Ermənistan təxribatlarını davam etdirərsə, Zəngəzur dəhlizin güc yolu ilə açılması istisna deyil

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Məlum olduğu kimi, Zəngəzur dəhlizinin açılması Azərbaycanın regional xarici siyasətinin əsas prioritetlərindəndir. Bu, təkcə Azərbaycanın deyil, həm də Türkiyənin prioritetidir. Türkiyə zaman-zaman bununla bağlı müntəzəm açıqlamalar verməklə, Zəngəzur dəhlizinin açılmasının onun gündəliyində olduğunu göstərir. Eyni zamanda region ölkələri olaraq, Rusiya və Gürcüstan da bu məsələyə demək olar ki, qarşı çıxmırlar”.

Bu fikirləri AzNews.az-a açıqlamasında “Report" İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

Siyasi şərhçi qeyd edib ki, İranın əvvəlki hakimiyyəti Zəngəzur dəhlizinin açılmasını özünün qırmızı xətti olaraq görürdü, ancaq hazırkı yeni hakimiyyət hələ ki o qədər radikal mövqe ortaya qoymayıb.

“Ola bilsin ki, daha praqmatik düşünür və İranın mövqeyinin dəyişilməsi perspektivdə Ermənistanın da mövqeyinə təsir edə bilər. İkinci bir tərəfdən Ermənistan başa düşməlidir ki, əgər İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişilsə, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan regionda təklənmiş hala düşəcək. Bir növ Ermənistana psixoloji təsir olacaq və Ermənistan perspektivdə Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşa bilər. Əlbəttə, bunun üçün Ermənistan həm də xarici güclərin təsirindən çıxmalı, azad olmalıdır. Zəngəzur dəhlizinin açılması ciddi siyasi və iqtisadi dividendlər vəd edir. Təkcə region üçün deyil, qlobal əhəmiyyətli bir məsələdir. Təsadüfi deyil ki, hətta Çin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Həmçinin digər Asiya ölkələri də bu məsələdə maraqlıdır. Çünki Zəngəzur dəhlizinin açılması birbaşa Orta dəhlizə və Böyük İpək Yoluna da töhfə verəcək. Düşünürəm ki, Ermənistan Zəngəzur dəhlizinin danışıqlar yolu ilə açılmasına çalışmalıdır. Zəngəzur dəhlizi onsuz da açılacaq. Ermənistan hərbi, siyasi təxribatlarını davam etdirərsə, dəhlizin güc yolu ilə açılması istisna deyil. Lakin bu, Ermənistan üçün ziyanlı olan variantdır. Zəngəzur dəhlizinin diplomatik yolnan açılması bütün region ölkələri kimi, Ermənistan üçün də ciddi iqtisadi dividendlər vəd etməklə yanaşı, həm də regional əməkdaşlıq mühitinin təmin olunmasına töhfə vermiş olar. Bu da perspektivdə sülh sazişinin imzalanmasına şərait yaradar”.

Rəfiqə NAMAZƏLİYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 09 Yanvar 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri