Icma.az
close
up
RU
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək ŞƏRH

Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır.

Bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr edilmiş müşavirədə çıxış edərkən deyib.

"Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir", - dövlət başçısı bildirib.


Milli Məclisin deputatı Naqif Həmzəyev "Sherg.az"a bildirib ki, çox təəssüflər olsun ki, Ermənistan rəhbərliyi mövcud reallığı dərk etmir və başa düşmək istəmir:


"Havadarlarının ona verdiyi dəstək sayəsində cəsarətlənən, vaxt udmaq üçün müxtəlif bəhanələr uyduran  Paşinyan hakimiyyəti hələ də bu səhvi davam etdirir. Həmçinin Azərbaycanın öz ərazisinin bir hissəsindən digər hissəsinə getmək hüququnu təmin etmir. Yəni Zəngilanla Naxçıvanın quru əlaqəsi indi də bərpa olunmayıb. Unutmamalıyıq ki, Azərbaycan torpaqları zor gücü ilə alınaraq XX əsrin əvvəllərində Ermənistana birləşdirilib. Eyni zamanda Naxçıvana avtomobil və dəmir yolları işləkli vəziyyətdədir və buna Azərbaycan özü nəzarət edirdi. Bu gün isə biz eynisini istəyirik. Cənab Prezident bu məsələlərə öz çıxışında çox dolğun və ətraflı toxundu. Ermənilərin və havadarlarının xalqımızın başına gətirdiyi oyunları, törətdiyi cinayətləri bir daha sadaladı. Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, bizim ərazi iddiamız yoxdur. Ancaq haqqımızdır ki, Naxçıvana rahat yolla qovuşa bilək və əlaqə yaradaq. Bununla yanaşı, Paşinyan hakimiyyəti anlamalıdır ki, Azərbaycanın Qərb əraziləri ilə - Zəngilanla Naxçıvanı birləşdirən avtomobil və dəmir yolları işə düşməyəcəyi təqdirdə Ermənistanın hansısa nəqliyyat dəhlizi yaratmaq imkanı ümumiyyətlə yoxdur".


Deputat vurğulayıb ki, Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda hansısa beynəlxalq və böyük layihənin icra edilməsi mümkünsüzdür:

"Ermənistanın enerji resurslarına birbaşa çıxışı yoxdur və bu sahədə asılılığı var. Azərbaycanın enerji dəhlizini işə salması ilə yalnız avtomobil və dəmir yolları xətti demək deyil. Eyni zamanda bu, enerji resurslarının daşınması üçün də xüsusi rol oynayacaq. Yaxın gələcəkdə rəsmi İrəvan Azərbaycanın həyata keçirəcəyi nəqliyyat şaxələndirilməsi layihələrinə qoşularsa, nəticədə ölkənin enerji asılılığını aradan qaldırar və iqtisadiyyatın dirçəlməsinə böyük töhfə verər. Üstəlik, Rusiya və Şərq ölkələrinə çıxış imkanları yaranar. Bu baxımdan, Ermənistan gec-tez Azərbaycanın Zəngəzur dəhlizini işə salmasına şərait yaratmalıdır. Dövlətimiz hazırda İran üzərindən Naxçıvana yeni alternativ əlaqələr reallaşdırır, körpülərin tikintisi həyata keçirilir. Lakin burada müvafiq gömrük və sərhəd nəzarət mexanizmi var. Azərbaycandan Azərbaycana heç bir nəzarət olmadan keçmək ən böyük haqqımızdır. Bunun beynəlxalq təcrübədə də bənzərlərini görmüşük".


Naqif Həmzəyevin sözlərinə görə, məhz Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, özünü beynəlxalq layihələrdən bloklamış olacaq:

"Necə ki zamanında Azərbaycan torpaqlarını işğal etdiyi üçün Bakı-Tbilisi-Ceyhan xətti Gürcüstan üzərindən keçməklə reallaşdırıldı. Bu gün Gürcüstanın tranzit gəlirlərinin nə qədər böyük olduğu hər kəsə məlumdur. Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin inkişaf etdirilməsində və gələcəyində iştirak etməyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri