Icma.az
close
up
RU
Ermənistan Türkiyə dialoqu: Sülhə doğru maneələr nəyin göstəricisidir?

Ermənistan Türkiyə dialoqu: Sülhə doğru maneələr nəyin göstəricisidir?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-yə işgüzar səfəri çərçivəsində Türkiyə ilə əlaqələrə dair verdiyi açıqlamalar bölgədəki siyasi münasibətlərə yeni bir baxış açısı gətirir.

Paşinyan Ermənistan və Türkiyə arasındakı dialoqun daha əvvəl heç vaxt bu qədər fəal olmadığını vurğulayaraq, iki ölkə arasında davamlı əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün konkret addımların atılmasının vacibliyini bildirib. Müzakirələr regiondakı sülh və sabitlik məsələlərinin həlli istiqamətində atılacaq növbəti addımların əhəmiyyətini ortaya qoyur. Lakin, ekspertlər bu dialoqun yalnız qarşılıqlı etimad və bərabərhüquqlu yanaşmalar əsasında mümkünsüz olduğunu qeyd edirlər.

Ermənistan və Türkiyə arasındakı dialoqun gələcəyi necə olacaq? Hər iki ölkə arasında uzunmüddətli sülh və əməkdaşlıq qurulması mümkündürmü?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını siyasi şərhçi Vasif Əfəndiyev cavablandırıb. Onun sözlərinə görə, Nikol Paşinyan və ondan öncəki bütün erməni liderlər Türkiyə ilə isti münasibətlərə hər zaman can atıblar. Lakin bu münasibətləri bərabərhüquqlu şəkildə qurmaq niyyətləri olmayıb: 

"Kiçik və zəif ölkənin özündən dəfələrlə böyük, nüfuzlu bir dövlətlə münasibətlər qurarkən qarşı tərəfdən həm onun təhlükəsizliyinə qarantiya, həm də normal iqtisadi münasibətlər istəyirsə, bununla paralel açıq-aşkar qarşı tərəfə ərazi və saxta "soyqırım" iddiasından əl çəkmirsə, bunun adı həyasızlıqdır. Ola bilsin, bu gün Paşinyan özündən əvvəlki prezidentlərdən fərqli olaraq bu iddialardan imtina etmək niyyətində olsun. Ancaq dünya erməniliyi və Fransa kimi əxlaqsız siyasət yürüdən havadarları buna qarşı çıxırlar".

Vasif Əfəndiyev: Proseslərdən ziyan görən tərəf Ermənistan olacaq

Eskpertin fikrincə, Ermənistanı daim qonşularına qarşı çıxmağa körükləyən Fransa İrəvana sözdə dəstək versə də, 44 günlük müharibədə "quyruğunu qısıb" hadisələrin nəticələrini gözlədi, bundan sonra da belə olacaq. Həmsöhbətimiz vurğulayıb ki, Ermənistanın birmənalı olaraq qonşu dövlətlərə qarşı "həyasız" iddialardan əl çəkmədiyi müddətcə ikili münasibətlərin normallaşması formal xarakter daşıyacaq: 

"Əlbəttə, bundan yalnız Ermənistan ziyan görəcək. Məhz bu tərsliyin və "başından yuxarı tullanmaq" iddialarının nəticəsidir ki, Ermənistan 30 ildən artıq müddətdə regionun ayağından asılmış daşa çevrilib. Ermənistanın bölgədəki fəaliyyətinin nəticəsində Gürcüstan və Azərbaycan dolayısı yolla Rusiyanın təzyiqləri ilə üzləşirlər. Bu kənar təzyiqlər də inkişafın qarşısını alan amillərdəndir".

Müsahibimiz vurğulayıb ki, Paşinyanın sülh müqaviləsinin gerçəkləşməsini ləngidən “bəzi nüansların olmasını" deməsi  hələ də normal münasibətlərin qurulmasına hazır olmadıqları anlamına gəlir: 

"Paşinyan çox gözəl anlayır ki, saxta “soyqırım” iddiasından əl çəkməsələr, heç bir ciddi sülhdən danışmaq mümkün olmayacaq. Baş nazir öz növbəsində qismən sülhə hazır olduğunu, lakin erməni cəmiyyətinin mane olacağını işarə edir. Bu isə bizim problemimiz deyil. Zəhmət çəksinlər, erməniləri başa salsınlar. Əks halda, bu qarışıq dünyada Ermənistan ən yaxşı halda qonşu dövlətlərdən birinin əyalətinə çevriləcək". 

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri