Icma.az
close
up
RU
525ci qəzet Sülhə maneələr Ermənistan konstitusiyası, İrəvanın silahlanması, Aİ missiyası

525ci qəzet Sülhə maneələr Ermənistan konstitusiyası, İrəvanın silahlanması, Aİ missiyası

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistan-Azərbaycan şərti sərhədində Avropa İttifaqının (Aİ) missiyasının yerləşdirilməsi də gərginlik yaradan məqamlardan biridir. Rəsmi Bakı növbəti dəfə bu məsələyə öz etirazını bildirib. Azərbaycan Respublikası Пrezidentinin köməkçisi - Пrezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, iki ölkənin sərhədində üçüncü dövlətin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktdır. Azərbaycan dəfələrlə bunu bildirib: "Biz Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının yerləşdirilməsinə hər hansı lüzum görmürük".

Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin başa çatmalı olduğunu vurğulayan Пrezidentin köməkçisi əlavə edib: "Azərbaycan Пrezidentinin, Fransa Пrezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Пrezidenti Şarl Mişelin (sabiq prezidenti - red.) və Ermənistanın Baş nazirinin iştirakı ilə Пraqada razılaşdırılmışdı ki, missiya qısamüddətli olacaq. Amma gördüyümüz kimi, missiya davamlı prosesə çevrilir və onun tərkibi genişləndirilir. Hətta coğrafi mandat ərazisi də genişləndirilməkdədir.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya-demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması, onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsinə və genişləndirilməsinə ehtiyac görmürük. Ona görə də sülhün gücləndirilməsi bilavasitə Azərbaycanla Ermənistan arasında olan prosesdir və ikitərəfli xarakter daşıyır. Əksinə, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin müəyyən dərəcədə gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir.

Fakt ondan ibarətdir ki, müşahidə missiyası adı altında hərbi missiyaya çevrilən bu qüvvənin hər hansı bir faydalı fəaliyyəti, onun işini zəruri edən səbəblər yoxdur. Üstəgəl, rəsmi Bakının elan etdiyi kimi bu, vəziyyəti normallaşdırmağa deyil, gərginləşdirməyə xidmət edir və Aİ onu regionda daimi qüvvəyə çevirməyə çalışır.

Əgər məqsəd sülh prosesinə dəstək vermək olsaydı, onda bu niyyət missiyanın fəaliyyətində də hiss olunardı. Bu hərbi missiya Qərbin Azərbaycan Ordusu, hərbi hissələrin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürür, Azərbaycan əleyhinə təbliğat aparır.

Yeri gəlmişkən, bir müddət əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirdiyini bəyan edib: "Aİ-nin müşahidə missiyası konkret NATO ölkəsinin maraqları naminə Rusiya və tərəfdaşlarımıza qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir. Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün "sülhməramlı" kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. NATO-nun dünyanın müxtəlif regionlarında əvvəlki vasitəçilik təcrübəsini nəzərə alaraq, blokun Cənubi Qafqazda möhkəmlənməsi, təbii ki, regionda sabitliyə kömək etməyəcək".

Məlumat üçün bildirək ki, 2022-ci il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verdi. Nəticədə adı mülki, əslində isə hərbi kontingentə bənzəyən bu missiya 2023-cü ilin fevral ayının 20-də fəaliyyətə başladı. Daha sonra isə onun tərkibi, coğrafiyasi genişləndirildi.

Missiya fəaliyyəti dövründə Azərbaycana qarşı bir sıra təxribata yol verib ki, rəsmi Bakı onun əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ilə bağlı dəfələrlə öz etirazını bildirib. Belə ki, "regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək" kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, bu missiyadan Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur, müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə "töhfə verən" "binokl diplomatiyası"nın agentinə çevrilib.

Missiyanın müddəti gələn ilin fevralında bitir, amma onun mandatını uzatmaq üçün artıq hərəkətə keçilib. Bir sözlə, bununla da Aİ-nin Ermənistandakı missiyası Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərir, sülhdə deyil, bölgədə gərginlikdə, sülh prosesini uzatmaqda maraqlıdır. Bu fəaliyyət isə təbii ki, Ermənistanın maraqlarına cavab verir.

Məlumdur ki, Fransa başda olmaqla bəzi Qərb dövlətləri Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə olunmasına, regionda gərginliyə rəvac verən hərəkətlərdən əl çəkmək istəmirlər. Əslində, xüsusilə ABŞ tələsik və yarımçıq sülh sazişinə təkid edirdi ki, bu da boşluqları saxlamaqla, gələcəkdə yenə də Ermənistanın ölkəmizə qarşı təcavüzkar əməllərə əl atmasına imkan yaradırdı. Bakının tələbləri isə məlumdur, ilk növbədə Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır.

Yeri gəlmişkən, xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün əvvəl bəyan edib ki, bu il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət irəliləyişlər olub. Bunlardan biri də bu ilin aprelində ilk dəfə olaraq iki ölkə arasında dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsidir. Sülh müqaviləsi ilə bağlı layihə preambula və 17 maddədən ibarətdir ki, artıq preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb, iki maddə üzrə isə açıq suallarımız var. Həmin açıq suallar üzrə işlər davam edir.

Nazir bir daha qeyd edib ki, çox önəmli məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu faktıdır: "Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər bizi qane edə bilməz. Onu da qeyd etmək istərdim ki, Ermənistanın Konstitusiya Məhkəməsinin növbəti qərarı oldu. Belə ki, Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu və xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul edib. Hesab edirik ki, bu, vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki məhz Ermənistanın Konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Həmin Müstəqillik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar yer alır".

Baş nazir Nikol Пaşinyan bir neçə gün əvvəl parlamentdə çıxışı zamanı Ermənistanın müstəqillik Bəyannaməsini böyük problem, faciə adlandırsa da, bu istiqamətdə hansısa addım atmağa tələsmir.

Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu il sülh sazişinin imzalanması imkanı itirilmiş oldu. İrəvanda anlayırlar ki, bu dəyişiklik mütləq olmalıdır, vaxtı uzatmaq onların ziyanına işləyir. Ermənistan Azərbaycanla, Türkiyə ilə münasibətlər qurmaq, regional əməkdaşlıq, təhlükəsizlik üçün bu addımı atmalıdır.

Üstəgəl, hazırda Qərb Ermənistanı sürətlə silahlandırılır. İrəvanın militarizasiyasında əsas rolu Avropa İttifaqının və NATO-nun üzv ölkəsi Fransa oynayır. Bu dövlət Ermənistanı hücum və öldürücü silahlarla təmin edir. Silahlandırmada başqa dövlətlər, o cümlədən, Hindistan da aktiv iştirak edir. Ermənistanın militarizasiyaya üstünlük verməsi onun tezliklə yekun sülh əldə olunmasında maraqlı olmadığını göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see139

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

Bundesliqa: Borussiya Dortmund dan darmadağın

01 Sentyabr 2025 00:27see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri