Ermənistan “Xəzər Qara dəniz Avropa” enerji layihəsinə qoşulmaq istəyir
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan, Azərbaycan və Rumıniya arasında Gürcüstan ərazisi vasitəsilə çəkiləcək və daha sonra Macarıstana qoşulacaq dənizaltı enerji kabeli layihəsində iştirak üçün özünə uyğun formatı müəyyən edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, “Ermənistan ikitərəfli və regional enerji əməkdaşlığının inkişafına böyük önəm verir, xüsusilə həyata keçirilən infrastruktur layihələri kontekstində”.
Nazirlik əlavə edib ki, Ermənistan dənizaltı enerji kabelinin tikintisi layihəsində maraqlı olduğunu dəfələrlə bəyan edib və həm texniki, həm də siyasi səviyyədə hazırlıq işlərini həyata keçirib.
Rəsmi qoşulma yalnız Gürcüstan və digər iştirakçı ölkələr - Azərbaycan, Rumıniya və Macarıstan ilə Niyyət Memorandumu imzalandıqdan sonra mümkün olacaq.
Qeyd edək ki, “Xəzər - Qara dəniz - Avropa” (Black Sea Energy) enerji koridorunun istifadəyə verilməsi 2032-ci il üçün nəzərdə tutulub və layihədə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan iştirak edir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Avqust 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















