Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

“Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi” yeni mərhələyə daxil olur

“Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi” yeni mərhələyə daxil olur

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstan və Özbəkistan “Azərbaycan-Mərkəzi Asiya” “yaşıl enerji” dəhlizinin statusunu müzakirə edib. Qazaxıstanın energetika naziri Yerlan Akkenjenovun Özbəkistanın Qazaxıstandakı səfiri Baxtiyor İbrahimovla görüşü zamanı dəhlizin yaradılması istiqamətində iştirakçı dövlətlərin gördüyü işlər nəzərdən keçirilib. Y.Akkenjenov bildirib ki, Azərbaycanla birlikdə Xəzər dənizi üzərindən keçən “Yaşıl Enerji Dəhlizi”nin yaradılması layihəsi regionun ən iri enerji kommunikasiyalarından biridir. Bir ay əvvəl-iyulun 1-də “Yaşıl Dəhliz Birliyi” birgə müəssisəsinin təsis edilməsi layihənin həyata keçirilməsi istiqamətində həlledici addımlardan biri deməkdir. Bu, eyni zamanda, türk dövlətlərinin və tərəfdaşların birgə iradəsini və enerji təşəbbüslərinin gerçəkləməsində həmrəyli??ni nümayiş etdirir.

Qeyd edək ki, 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan ?ökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında yeni enerji ənəkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb.

3 qardaşın enerji həmrəyliyi

“Yaşıl enerji” həmrəyliyi halqası sonrakı dövrdə daha da genişlənib və türk dövlətləri olan Qazaxıstan və Özbəkistan dəhlizdə yer almaq niyyətlərini bəyan edib. 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan ?rezidentləri

İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur.

Sənəd Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqlini ????????????. Hazırda Xəzər dənizi bərpa olunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Eləcə də Qazaxıstan sektorunda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud  Özbəkistanın Asiya çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səfərbər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın “yaşıl körpü”yə çevrilməsi istiqamətində səylər getdikcə artmaqdadır.

Qarabağ Bəyannaməsinin bəndlərindən biri...

Azərbaycan-Qazaxıstan-Özbəkistan alyansının “yaşıl enerji” üzrə vahid siyasəti Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən birini təşkil edir. Sazişdə əsas hədəflərdən biri kimi üzv ölkələr arasında bərpaolunan enerji sahəsində birgə əlaqələrin vahid iqtisadi blokda birləşdirilməsi öz əksini tapıb. Bəyannamənin 11-ci bəndində TDT ölkələri bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla enerji sahəsində strateji tərəfdaşlığın daha da artırılması və bu çərçivədə Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsinə dəstəyini ifadə edib. Sənəddə, həmçinin türk dövlətləri tərəfindən bərpaolunan geniş enerji potensialının imkanları nəzərə alınaraq “yaşıl enerji”nin üzv dövlətlər və üçüncü ölkələr də daxil olmaqla ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişaf etdirilməsi bəyan olunub.

Ərəb dövlətləri də türk “yaşıl enerji ittifaqı”na qoşulur

Yeri gəlmişkən, ərəb dövlətləri də “yaşıl enerji”nin türk koalisiyasına qoşulmağı planlaşdırır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq xeyli müddətdir ki, Mərkəzi Asiya və Azərbaycanda “yaşıl layihələr”də təmsil olunur. Bu baxımdan Qara dəniz kabeli layihəsinin gələcəkdə Yaxın Şərq regionunu da əhatə edəcəyini və Şərq-Qərb enerji dəhlizinin formalaşacağını söyləmək mümkündür. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması da bunu deməyə əsas verir.

Beləliklə, böyük karbohidrogen tədarükçüləri olan 3 türk dövləti və onların müttəfiqinə çevrilmiş Səudiyyə Ərəbistanı növbəti onilliklər ərzində qlobal neft istehlakının azalmasını fonunda ənənəvi enerjini kompensasiya edə biləcək “yaşıl enerji” potensialını qlobal bazarlara çıxaracaq. Bununla da, neft-qaz ölkələri kimi tanınmış bu dövlətlərin növbəti mərhələdə əsas vizyonu  “yaşıl enerji”nin ixracatçıları kimi formalaşacaq.

Cənub Qaz Dəhlizinin “yaşıl tranziti”

Azərbaycan “Qara dəniz kabeli”ni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Məsələn, 2025-c? il aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarında “yaşıl enerji” sahəsində vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 8 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

Beləliklə, Azərbaycanın 2 il əvvəl əsasını qoyduğu “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan ?ökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə qoşulan ölkələrin sırasını genişlənməsi rəsmi Bakının həmişə olduğu kimi enerji təşəbbüskarlığına beynəlxalq dəstəyi artırır.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17763

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1077

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see249

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see136

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see131

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri