Vyanada “Artsax” təbliğatı? Ermənistan yeni platformaya çıxır
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan qondarma “Artsax” mövzusunu beynəlxalq gündəmdə saxlamaq üçün bu dəfə mədəni platformadan istifadə etməyə hazırlaşır.
Bakıvaxtı.az erməni mediasına istinadən xəbər verir ki, noyabrın 27-30-da Vyanada keçiriləcək “International Christmas Choir Festival – Vienna Christmas Voices” festivalında “Artsax mədəniyyətinin qorunması mərkəzi” iştirak edəcək.
Festivalda “Artsax Milli Musiqi Alətləri Dövlət Orkestri” və “Biz və bizim dağlarımız” Dövlət mahnı və rəqs ansamblının çıxış edəcəyi bildirilir.
Təşkilat tədbirdə “Artsax mədəni irsi”nin təqdim olunacağını açıqlayıb. Ermənistan tərəfi səfəri “mədəni diplomatiyanın inkişafı” və beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində təqdim edir.
Məlumata görə, sözügedən təşkilat daha əvvəl İtaliyada keçirilən beynəlxalq folklor festivalında da iştirak edib.
Beləliklə, Ermənistanın “Artsax” mövzusunu siyasi deyil, mədəniyyət və irs platformaları vasitəsilə beynəlxalq gündəmdə saxlamağa çalışdığı görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Avqust 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















