Ermənistan XİN İlham Əliyev və Nikol Paşinyanın Albaniyadakı danışıqlarını konstruktiv adlandırıb
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Albaniyada keçirilən görüş konstruktiv olub.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan "İrəvan dialoqu" forumu çərçivəsində bildirib.
"Bizim qiymətləndirməmizə görə, görüş kifayət qədər konstruktiv keçdi. Hər iki ölkənin rəhbərləri sülh sazişinin imzalanması ilə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını bildirdilər", - deyə o qeyd edib.
İrəvan hesab edir ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək imkanı olacaq.
Xatırladaq ki, sözügedən görüş mayın 16-da Tiranada Avropa Siyasi Birliyinin VI Sammiti çərçivəsində baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















