Icma.az
close
up
RU
Aqil Məmmədov: İlham Əliyev və Nikol Paşinyanın görüşü sülh prosesinə mühüm təkan verəcək

Aqil Məmmədov: İlham Əliyev və Nikol Paşinyanın görüşü sülh prosesinə mühüm təkan verəcək

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bir araya gələcəklər. Bu görüşlə bağlı bir sıra iddialar səsləndirilməkdədir. Heç şübhəsiz, tərəflər arasında birbaşa yüksəksəviyyəli təmasların olması sülhə doğru irəliləməyə imkan verir".

Bunu Oxu.Az-a açıqlamasında politoloq Aqil Məmmədov bildirib.

Aqil Məmmədov qeyd edib ki, bu görüşdə bir çox məsələlərin müzakirə ediləcəyi gözlənilir, bunlar arasında kommunikasiyaların açılması, diplomatik münasibətlərin qurulması, viza rejimi və digər məsələlər var. Lakin o, Əbu-Dabi sammitində yekun sülh müqaviləsinin imzalanacağını düşünmür.

Politoloq Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin verdiyi müsahibəyə istinad edərək bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun ləğvi, Ermənistanın müstəqillik aktı və konstitusiyasında Azərbaycan əraziləri ilə bağlı olan iddiaların çıxarılması kimi əsas tələblərini irəli sürüb. Bu tələblər sülh müqaviləsinin imzalanması üçün vacibdir.

Aqil Məmmədov həmçinin Ermənistanın yeni konstitusiyasının müzakirə edildiyini və bu prosesi tamamlamaq üçün təqribən 9 aya ehtiyac olacağını vurğulayıb. O, belə bir vəziyyətdə Ermənistanın növbəti seçkilərini nəzərə alaraq, sülh müqaviləsinin imzalanmasının riskli olacağını söyləyib. Çünki seçkilərdən sonra Paşinyan hakimiyyətdə qalmasa, sülh prosesi dayana bilər.

Politoloq Paşinyan və komandası sülh müqaviləsini istəsələr də, hazırkı daxili siyasi vəziyyətdə, sülh müqaviləsinin imzalanmasının Ermənistanda baş verə biləcək daxili gərginliklərə səbəb olacağını əlavə edib. Onun sözlərinə görə, bu zaman sülh müqaviləsinin parlamentdən keçməsi çətinləşə bilər.

Aqil Məmmədov həmçinin əlavə edib ki, Əbu-Dabidə tərəflər arasında ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə bəyanat verilə bilər ki, bu da sülh müqaviləsinə gedən yolda daha bir maneəni aradan qaldırar.

Ümumilikdə, politoloq Əbu-Dabi görüşünün həlledici dönüş nöqtəsi olmasa da, strateji yol xəritəsində mühüm bir mərhələ olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyul 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri