Icma.az
close
up
RU
Ermənistan vəziyyəti yenidən gərginləşdirir

Ermənistan vəziyyəti yenidən gərginləşdirir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Azərbaycan və Ermənistan arasında müharibə riski hər zaman olub, heç vaxt minimum səviyyədə olmayıb. Sadəcə, son bir ildə vəziyyət nisbətən sabit idi. İndisə, demək olar, Ermənistan ordusu hər gün atəş açır, vəziyyəti qəlizləşdirir. Bu baxımdan, indi müharibə riskinin “0” faiz olduğunu demək çətindir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə son dövrlər Azərbaycan-Ermənistan şərti sərhədində törədilən erməni təxribatlarından danışarkən deyib.
Onun sözlərinə görə, bu gərginliyin Ermənistandan qaynaqlandığını nəzərə alsaq, güman etmək olar ki, bu ölkədə nəsə baş verir, sadəcə, biz bunu görmürük.

Azad İsazadə
Ermənistanın müharibəyə hazır olmadığını, ordusunun zəif olduğunu və son müharibələrdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısından qaçdığını xatırladan A. İsazadə əlavə edib ki, son 30 ildə ermənilər təxribat törədir, sonra da dünyaya bağırırlar ki, “bizə dəstək olun, Azərbaycan Ordusu atəş açır, bizə təzyiq edir və s”.
Ekspertin fikrincə, mümkündür ki, erməni hakimiyyəti müəyyən kompromislərə gedəcək, bu səbəbdən də gərginlik yaradaraq öz əhalisini müharibə ilə qorxudur ki, sonradan edəcəyi güzəştlər ölkədə narazılıqla qarşılaşmasın. “Yəni fərqli məqsəd və niyyətlə bunu edə bilərlər. Əlbəttə, zamanla əsas məqsədin nə olduğu meydana çıxacaq”.
A. İsazadə bildirib ki, müharibə aparan və ya savaşa hazırlaşan ölkənin ciddi müttəfiqləri və dəstəyi olmalıdır: “Amma Ermənistanın Fransadan başqa arxalana biləcəyi ölkə yoxdur. Məsələn, erməni siysətçilərin özləri də inanmır ki, Amerika onların tərəfində dayana bilər. Artıq Trampın hakimiyyətə gəlməsilə vəziyyət dəyişib və ABŞ-nın ermənilərə dəstəyi sözdən o yana keçmir. Avropanın da kifayət qədər problemləri var, başları öz təhlükəsizliklərinə qarışıb. Rusiya isə Ermənistandan incikdir, Paşinyan hökuməti kifayət qədər anti-Rusiya mövqeyi tutub. İndi ermənilər Rusiyaya reverans edə bilərlər, amma bunun tezliklə nəticə verəcəyini güman etmirəm”.
Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Aprel 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri