Icma.az
close
up
RU
“Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəf olmalıdır” Arzu Nağıyev

“Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəf olmalıdır” Arzu Nağıyev

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Qarabağ müharibəsi başlayanda qarşıya qoyulan ən vacib məsələlərdən biri Türk Dövlətləri arasında birbaşa quru sərhədin olmaması idi. Yəni, bir dövlətdən digərinə getmək üçün mütləq üçüncü dövlətin ərazisindən keçmək lazım gəlirdi. Bu vəziyyət bu gün də davam edir — hətta Naxçıvana getmək üçün də üçüncü dövlətin ərazisindən keçmək zəruridir. Məhz buna görə də Türk Dövlətləri Təşkilatının əsas məqsədlərindən biri üzv ölkələr arasında birbaşa əlaqənin və rahat kommunikasiya imkanlarının yaradılmasıdır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Deputat qeyd edib ki, bu baxımdan Zəngəzur dəhlizinin açılması strateji və tarixi əhəmiyyət daşıyır:

“Bu dəhlizin açılması təkcə regionda sülhün bərqərar olmasına deyil, həm də Ermənistanın iqtisadi dirçəlişinə xidmət edə bilər. Əgər Ermənistan öz gələcəyini düşünürsə, Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəf olmalıdır. Çünki uzun illər davam edən iqtisadi tənəzzül, siyasi böhran və hərbi potensialın zəifləməsi fonunda bu kommunikasiyaların bərpası onun üçün həyati əhəmiyyət daşıyır.

Digər tərəfdən, Azərbaycanın qərb regionlarından da yeni kommunikasiya xətləri açılması planlaşdırılır. Xəzər dənizi vasitəsilə Orta Asiyadan gələn yüklər Ələt limanı vasitəsilə bu istiqamətdə daşına, eləcə də əks istiqamətdə hərəkət edə bilər. Bu, həm region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək, həm də Avropaya çıxış imkanlarını artıracaq.

Cənab Prezidentin Türk Dövlətləri Təşkilatının son zirvə toplantısında səsləndirdiyi fikirlərdə də bu məqam xüsusi vurğulandı. O qeyd etdi ki, iqtisadi əlaqələrin möhkəmlənməsi və sülhün təmin olunması bu istiqamətdə atılan addımlardan keçir. Gələcəkdə Zəngəzur dəhlizindən yalnız avtomobil və dəmir yolu xətləri deyil, həm də boru kəmərlərinin keçməsi planlaşdırıla bilər. Bu isə Qazaxıstan neftinin, Türkmənistan qazının və digər enerji resurslarının Avropaya çatdırılmasına şərait yaradacaq.

Bütün bunlar Azərbaycanın daxili və xarici siyasətinin əsas hədəfi olan suverenlik, ərazi bütövlüyü və vətəndaş rifahı prinsipləri ilə birbaşa əlaqəlidir”.

Arzu Nağıyev vurğulayıb ki, kommunikasiya xətlərinin, xüsusən də Zəngəzur dəhlizinin açılması nə qədər tez reallaşsa, regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması da bir o qədər tez mümkün olacaq:

“Vaşinqton görüşündə ABŞ rəhbərliyi səviyyəsində bu məsələyə dəstək ifadə olunubsa, bu, analitiklərin və beynəlxalq təhlilçilərin də diqqət mərkəzindədir. Çünki bu cür təşəbbüslər yalnız regional maraqlar deyil, qlobal iqtisadi sabitlik baxımından da mühüm əhəmiyyət kəsb edir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Oktyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri