Icma.az
close
up
RU
Gürcüstan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil Ekspert

Gürcüstan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil Ekspert

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Tiflis yeni kommunikasiya xətlərinin açılması fonunda özünün tranzit gəlirlərinin xeyli dərəcədə azalacağından narahatdır. Ona görə də yük maşınlarımızı sərhəddə saxlamaq kimi problemlər yaratmaqla müəyyən güzəştlər qoparmaq istəyirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli Rusiyanın Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən qərb hissəsindən deyil, şərq hissəsinə daha çox önəm verməsi və eyni anda Gürcüstanın da Zəngəzur dəhlizinin açılmasından narahat olaraq, müəyyən problemlər yaratmaq cəhdinə münasibət bildirərkən deyib. 

Ekspert qeyd edir ki, kommunikasiyalar mövzusunda yaranmış yeni durum Tiflis üçün ürəkaçan deyil: 

"Aydın şəkildə görünür ki, Gürcüstan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə iqtisadi baxımdan ən çox divident götürən ölkə məhz Gürcüstan olub. Çünki həmin dövrdə Gürcüstan kommunikasiyalar baxımdan təbii inhisarçıya çevrilmişdi. Həmin kommunikasiyalar Türkiyədən keçməklə Gürcüstan üzərindən Azərbaycana və Orta Asiyaya doğru uzanırdı. Bu isə,  Gürcüstana böyük dividentlər gətirirdi. Təsəvvür edin ki, Gürcüstan ərazisinə daxil olan hər bir yük maşını dövlət büdcəsinə 360 lari rüsum ödəyir. Ona görə də mövcud vəziyyət Tiflisin ürəyincə deyil. Narahatdırlar ki, yeni kommunikasiya xətlərinin açılmasından sonra onların tranzit gəlirləri xeyli dərəcədə azalacaq".


Həmsöhbətimiz deyir ki, Gürcüstan bu fonda tranzit gəlirlərilə yanaşı, daha digər gəlir mənbəyi və dividentlərdən də məhrum ola bilər:

"Gürcüstanın Türkiyə ilə sərhədindən Azərbaycanla sərhədinə qədər olan məsafə 550 km-dir. Bu yol boyu sürücülərə qulluq edən restoranlar, hotellər, avtomobil təmiri məntəqələri var ki, bu da 25-30 min insanın işlə təmin edilməsi deməkdir. Deməli, alternativ yolların meydana çıxması onlar üçün də təhlükə yaradır. Gürcüstanı bu amil də narahat edir. Yəni bu fonda ölkə  daxilində narazılığın artması baş verə bilər ki, belə vəziyyət isə gücrü hökumətinin maraqlarına cavab vermir. Bu mənada Azərbaycana gələn yük maşınlarını sərhəddə saxlamaqla qarşı tərəfə müəyyən güzəştlər qoparmaq üçün təzyiq göstərməyi düşünür".

Ekspert bu məsələdə Rusiya izinin olması barədə dəqiq bir söz demək istəmir:

"Lakin iqtisadi maraqlar daha məntiqli görünür. Bir sözlə, Gürcüstan öz ərazisindən keçən transit yolu ilə bağlı Türkiyə və Azərbaycandan zəmanət qoparmaq istəyir".

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri