Icma.az
close
up
RU
“Ermənistana benzin daşınırdı, nazir müavini dedi ki KONKRET

“Ermənistana benzin daşınırdı, nazir müavini dedi ki KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Birinci Qarabağ müharibəsinin odlu-alovlu günlərində strateji resurslarımızın, o cümlədən yanacağın Ermənistana satılması üzrə faktlar təkcə bir qrup şəxsin tamahkarlığının və mənəviyyatsızlığının təzahürü deyil, həm də dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsinin acı göstəricisi idi”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin keçmiş rəisi, istefada olan polis polkovniki Rahib Qarayev bildirib.

O qeyd edib ki, həmin dövrdə həqiqətən Azərbaycandan Ermənistana yanacaq danışırmış:

“Bəli, həqiqətən də bu, belə idi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə dövlət quruculuğunda yeni mərhələ başlamışdı. Ən vacib vəzifə isə ölkə daxilindəki xaosu dayandırmaq idi”.

Ehtiyatda olan polis polkovniki vurğulayıb ki, Ermənistana yanacaq satılmasının qarşısının alınmasında Daxili İşlər Nazirliyinin üzərinə də böyük, həm də məsuliyyətli vəzifələr düşürdü:

“Ölkənin hər yerində olduğu kimi qərb bölgəsində də özbaşınalıq hökm sürürdü. Daxili işlər nazirinin birinci müavini, general-mayor Zahid Dünyamalıyevin rəhbərliyi ilə Gəncəbasarda yanacağın ölkə ərazisindən qanunsuz yollarla çıxarılmasının qarşısını almaq məqsədilə reyd keçirilirdi.

O vaxt mən nazirliyin Mətbuat xidmətinin əməkdaşı kimi reyddə iştirak edir, nazir müavininin tapşırığına uyğun olaraq çəkilişlər aparırdım.

Heç yadımdan çıxmaz, reyd zamanı çəkdiyimiz vacib bir videokaset Bakıya çatmalı, nazirə məruzə olunmalı, axşam Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” proqramında göstərilməli idi. Buna isə çox az vaxt qalırdı. Tovuzdan Bakıya qədər olan 450 kilometr yolu qət etmək kimi bir məsələ də vardı qarşıda. Amma 3-4 saata necə?

Gəncəli həmkarlarımın köməkliyi ilə Bakıya uçan təyyarəyə mindim. Ayaq üstə dayanmaqla olsa da 1 saata paytaxta gəldim. Az sonra Az.TV-nin “Xəbərlər” proqramı reyddən hazırladığımız süjeti göstərirdi…”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Noyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see288

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see235

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see202

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see192

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see178

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see172

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see169

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see165

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see164

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see145

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see143

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see142

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see141

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see140

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see137

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see134

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri