Icma.az
close
up
RU
BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media saytına istinadən bildirir.

2013-cü ilin bu günündə Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub. Mərasimdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər.
“Şahdəniz-2” layihəsi Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına imkan yaradır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq Şahdəniz qazı Gürcüstan və Türkiyə ilə yanaşı, Yunanıstan, Bolqarıstan, İtaliya və digər Avropa ölkələrinə çatdırılacaq.
Bəs, dekabrın 17-də dünyada daha hansı hadisələr baş verib?
1. 1479-cu ildə yaradıldığı ortaya çıxarılan "Aztek təqvimi" 1760-cı ilin 17 dekabrında “Mexiko City”də tapıldı. 25 ton ağırlığında olan daş təqvimdə bir günəş ili tam olaraq 365 günə bölündüyü üçün arxeologiya sahəsində böyük tarixi abidə sayılır. 
2. 17 dekabr 1903-cü ildə Rayt qardaşları tərəfindən ilk motorlu təyyarə ABŞ-ın Şimali Karolina ştatında havada uçdu. 12 saniyə davam edən uçuşda 37 metr məsafə qət edildi. Eyni gün keçirilən son sınaqda 59 saniyə havada qalan təyyarə 280 metr uçdu.
3. 1905-ci ilin bu günü Azərbaycanda gündəlik ictimai-siyasi “İrşad” qəzetinin ilk sayı çapdan çıxıb. Bu qəzet 1908-ci il iyunun 25-dək Bakıda Azərbaycan türkcəsində nəşr olunub. Baş redaktoru Əhməd bəy Ağayev olan “İrşad” qəzetində İslam tarixi, mədəniyyəti, adət-ənənələrinə aid materiallarla yanaşı elm, maarif, ədəbiyyat və incəsənətə dair məqalələr də yayınlanırdı. Dövrün Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Məhəmməd Hadi kimi ziyalıları “İrşad”la əməkdaşlıq edib.
4. 17 dekabr 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən Türkiyənin Qıbrıza (Kipr) hərbi müdaxilə etməsinə icazə verməyən qərar qəbul olundu. Türkiyə isə bu qərarı rədd edərək London və Zurih müqavilələrində olan qaranti haqqını sonuna qədər istifadə edəcəyini bütün dünyaya elan etdi.


5. 1980-ci ilin 17 dekabrında Türkiyənin Avstraliyanın Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və cangüdən polisi Engin Sever erməni terror təşkilatı ASALA-nın üzvləri tərəfindən şəhid oldular.
6. 1986-cı ildə SSRİ-nin baş katibi Mixail Qorbaçovun, milli xüsusiyyətləri nəzərə almadan, Ulyanovsk vilayəti Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kolbini Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin etməsi Qazaxıstanda böyük iğtişaşlar yaratdı. Minlərlə insan küçələrə çıxaraq bu qərara etirazlarını bildirdilər. Mitinq qan içində boğuldu, onlarla insan həlak oldu. 
7. Amerikanın Deyton şəhərində 1995-ci ilin bu günü “Balkan yarımadasında münaqişələrə qon qoyulmasına dair müqavilə” imzalandı. Bu müqavilənin şərtlərinə görə, serb millətçiləri Bosniya-Herseqovinada hərbi əməliyyatlara son qoymalı idi. Ancaq bu müqavilə imzalanana qədər artıq regionun müsəlman əhalisinə qarşı soyqırım törədilmişdi.
17 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1. Bu gün dünya ədəbiyyatı və mənəviyyatının nümayəndələrindən biri, dahi şərq filosofu Cəlaləddin Ruminin xatirə günüdür.1207-ci ildə Əfqanıstanın Bəlx şəhərində anadan olan Cəlaləddin 13 yaşında (1220) ailəsi ilə Türkiyənin Konya şəhərinə köçüb və burada mövləvilik təqriqətinin əsasını qoyub.   Lirik şeirlər divanı və bir sıra risalələrin müəllifi olan Cəlaləddin Ruminin ən böyük əsəri bir çox xalqların dilinə tərcümə edilən “Məsnəvi”dir. Mütəfəkkir şair 1273-cü ildə 70 yaşında Konyada dünyasını dəyişib. (1207-1273)   Mövlanənin ölümü Türkiyədə həm də “Allaha qovuşma anı” olaraq qəbul edildiyi üçün onun ölüm gününə "Şəbi-Arus" (toy gecəsi) deyilir. Cəlaləddin Ruminin Türkiyədəki məqbərəsi bu gün də insanların ziyarətgahıdır.
2. Dünya musiqi mədəniyyətinin dahi nümayəndəsi, alman bəstəkarı Lüdviq van Bethoven 1770-ci ilin bu günü Almaniyanın Bonn şəhərində anadan olub. Haydn, Salyerinin tələbəsi olan Bethoven Vyana musiqi məktəbinin son görkəmli nümayəndəsidir. Bethovenin musiqi dramatizmi parlaq melodiyaları ilə dinləyicilərə güclü təsir göstərir.
3. 27 yaşında eşitmə qabiliyyətinin zəifləməsinə baxmayaraq Lüdviq van Bethoven dünya musiqi xəzinəsinə 7 və 8-ci simfoniyalar, “Ay sonatası”, “Kraysler” və “Avrora” sonataları kimi bir-birindən gözəl əsərlər bəxş edib. (1770-1827)
4. Cənubi Amerika qitəsində 6 ölkənin qurucu lideri olaraq qəbul edilən Simon Bolivar 1830-cu ilin 17 dekabrında 57 yaşında dünyasını dəyişib. (1783 - 1830)
5. 17 dekabr 1905- ci ildə Xalq şairi Osman Sarıvəlli (1905 – 3.7.1990) Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndində anadan olub. Şairin “Gətir, oğlum, gətir!” poeması XX əsr Azərbaycan poeziyasının ən gözəl nümunələrindəndir. Sözlərinə mahnılar yazılıb.
6. 17 dekabr 1924-cü ildə Filologiya elmləri doktoru, mətbuat xadimi, Əməkdar jurnalist, professor Şirməmməd Hüseynov (1924 – 24.6.2019) Şəkidə doğulub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.
7. 17 dekabr 1987-ci ildə tanınmış rəngkar Fərhad Hacıyev (29.8.1929 – 1987) vəfat edib. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub.
8. 17 dekabr 1993-cü ildə Xalq yazıçısı, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Mirzə  İbrahimov (28.10.1911 – 1993) vəfat edib. “Gələcək gün”, “Böyük dayaq” romanları,  “Həyat”, “Kəndçi qızı” pyesləri və s. əsərlərin müəllifidir.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Dekabr 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri