Icma.az
close
up
RU
Ermənistana edilən 80 vaqon buğda yardımı Azərbaycandan göndərilmişdi Musa Qasımlı

Ermənistana edilən 80 vaqon buğda yardımı Azərbaycandan göndərilmişdi Musa Qasımlı

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum səbəblərdən sonradan gətirilib Cənubi Qafqazda azərbaycanlılara məxsus torpaqlara yerləşdirilmiş ermənilərin və həmin ərazilərdə qurulmuş Ermənistanın gələcəyi və rifahı bu yerlərin aborigen əhalisi olan qonşularla mehriban münasibətlər qurmaqdan keçir. Bilməlidirlər ki, müəyyən zamanlarda onları müdafiə edənlər son anda arxalarından qaçıblar və ermənilərə Azərbaycan və Türkiyə yardım edib. Bir neçə tarixi faktı xatırlamağı faydalı hesab edirəm. Birinci Dünya müharibəsinin yekununda çağırılan Paris sülh konfransında ermənilərə çoxlu vəd verənlər sonradan bunun avantüra olduğunu başa düşdülər, hətta mandatdan da imtina etdilər.

Ermənistanın bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirilməsi amerikalıları narahat etdi. Dünya müharibəsində bir-birinə düşmən bloklarda olmalarına baxmayaraq, ABŞ Yaxın Şərqə Yardım Komitəsinin Transqafzadakı baş direktoru kapitan Ernest Yarrov TBMM ordusunun Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir Paşaya müraciət edərək erməniləri bolşeviklərdən qorumaqdan ötrü himayəyə götürməyi xahiş etdi (Mənbə: Americans ask turk protection. Near East Relief Workers Request Help Against Bolsheviki. – “The Washington Post”, 27.12.1920.).

Bu müraciətin edilməsinin bir neçə səbəbi var idi. Hər şeydən əvvəl, sovet Rusiyası hökumətini tanımayan ABŞ dağıdıcı olan bolşevizmin yayılmasının əleyhinə çıxsa da bunun qarşısını almağa imkanları olmadığından türk ordusunun himayəsinə ümid edirdi. İkincisi, Cənubi Qafqazda baş verənlər əvvəlcədən əldə olunan razılaşmalara uyğun həyata keçirildiyindən amerikalılar bu təklifi etməklə rus-türk intriqaları yaratmağa çalışırdılar.

Bolşevik Rusiyası Ermənistanı sovetləşdirsə də amerikan mətbuatının yazdığı kimi, XI ordu İrəvana sovet Ermənistanda fəhlə və kəndlilərdən bir nəfərinə belə vermək üçün çörəklə gəlməmişdi. Nimdaş geyinmiş bolşevik hərbçiləri ac-yalavac dolanırdı. Sovet rejimi altında Ermənistanda şərait çox ağır idi. “Vaşinqton Post” qəzeti 1920-ci il 27 dekabr tarixli sayında yazırdı ki, Moskva hökuməti İrəvana 80 vaqon buğda göndərdi. (Mənbə: Americans ask turk protection. Near East Relief Workers Request Help Against Bolsheviki. – “The Washingotn Post”, 27.12.1920.).

Qəzetdə 80 vaqon buğdanın göndərilməsi haqqında məlumat düzgün olsa da, hansı şəhərdən göndərilməsi doğru yazılmayıb. Çünki bu illərdə ağır vətəndaş müharibəsinin getdiyi bolşevik Rusiyasının özünün buğdaya, çörəyə, ərzağa ehtiyacı var idi. Dəmir yolu da çox pis işləyirdi. Qısa müddətdə bu qədər taxılın göndərilməsi mümkün deyildi. Ermənistana edilən 80 vaqon buğda yardımı Azərbaycandan göndərilmişdi. Azərbaycan erməniləri aclıqdan qurtardı.

Azərbaycan Ermənistanı zülmətdən də qurtardı. Daşnak Ermənistanın baş naziri olmuş Ov. Kaçaznuni sonralar yazırdı:

"Bolşeviklər Bakıdan kerosin gətirdilər və ölkəni zülmətdən çıxartdılar (Mənbə:Качазнуни Ов. Дашнакцутюн больше нечего делать! Тифлис: Заккнига, 1927, с. 58.).

Erməni sovet tarixçisi H.A.Haloyan isə yazırdı:

"Zəhmətkeş Azərbaycan mövcud şəraitdə gənc Ermənistan sovet respublikasına kömək etdi." (Галоян Г.А. Социалистическая революция в Закавказье в освещении буржуазной историографии. Москва: Соцэкгиз, 1960, с. 184.).

Musa QASIMLI,

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 May 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri