Icma.az
close
up
RU
Ermənistanda Azərbaycan xalqına qarşı kin, nifrət artıq kök salıb

Ermənistanda Azərbaycan xalqına qarşı kin, nifrət artıq kök salıb

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ermənistanın təxribatları davam edir. Bu ölkə bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində olduğunu açıqlasa da, digər tərəfdən şərti sərhəd boyunca təxribatlarını davam etdirərək Azərbaycanın mövqelərini atəşə tutur. Paralel olaraq İrəvanın sürətlə silahlanması Ermənistanın yeni bir müharibəyə başlaması mümkünlüyündən xəbər verir. Bəs görəsən bundan sonrkı proseslər hansı istiqamətdə cərəyan edəcək? Ümumiyyətlə, Ermənistanın sülh prosesini yubatmasında başlıca məqsədi nədir? Bu və ya digər suallarla Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədrinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraşovaya müraciət etdik.
-Dürdanə xanım, Ermənistan niyə hələ də sülh müqaviləsi imzalamağa maraqlı görünmür?
-Fikrimcə əsas səbəb odur ki, tarix boyu Ermənistan tərəfi Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyib. Ermənilər uzun illər Qarabağı və ətraf əraziləri “tarixi erməni torpaqları” kimi göstərməyə çalışıblar. Ümumiyyətlə Ermənistanda Azərbaycan xalqına qarşı kin, nifrət artıq kök salıb. Digər səbəblərə gəldikdə isə, Ermənistanın həm daxilində, həm də xaricində sülhə qarşı çıxan qüvvələr var. Xüsusilə Fransa, erməni diasporu və bəzi başqa ölkələr Ermənistanı bu yoldan çəkindirir. Ermənistan rəhbərliyi də bəzən bu təzyiqlərə boyun əyir və qərar verə bilmir. Bundan başqa, Azərbaycan tərəfi dəfələrlə sülh və əməkdaşlıq təklif etsə də, Ermənistan bu təşəbbüslərə ya soyuq yanaşıb, ya da müxtəlif bəhanələrlə danışıqlardan yayınmağa çalışıb. Ermənistan hələ də Azərbaycanın torpaqlarına iddialar irəli sürür, bu da sülhə mane olur.
-Sizcə müntəzəm olaraq mövqelərimizin atəşə tutlması Ermənistanın müharibəyə hazırlaşdıqlarını göstərir?
-Bəli, bu ola bilər. Tez-tez atəş açmaları onu göstərir ki, Ermənistan təxribat törədir və sakit durmaq fikri yoxdur. Bu cür hərəkətlər danışıqlardan yayınmaq, gərginlik yaratmaq və güc göstərmək məqsədi daşıya bilər.
-Ermənistanın sürətlə silahlanması və müxtəlif ölkələrdən silah alması onun sülh istəmədiyini sübut etmirmi?
-Əlbəttə. Əgər bir ölkə sülh istəyirsə, o, hücum silahları almaz. Ermənistana silah verən ölkələr də bölgədə sabitlik istəmir. İrəvan isə bu vəziyyətdən istifadə edərək hərbi gücünü artırmağa çalışır. Ermənistanın Hindistan, Fransa və başqa ölkələrdən silah alması göstərir ki, onlar daha çox gücə arxalanırlar, sülh istəmirlər.
-Yenidən müharibə ola bilərmi? Bu nə ilə nəticələnər?
-Təəssüf ki, müharibə ehtimalı hələ də var. Əgər yenə müharibə olsa, bu yalnız Ermənistan və Azərbaycan üçün yox, bütün bölgə üçün böyük problemlər yaradar. İnsanlar əziyyət çəkər, iqtisadiyyat zəifləyər, yeni gərginliklər yaranar. Yenə də şəhidlər verə bilərik və bu, hər bir ailə üçün yenə də ağır sağalmaz yara ola bilər. Qazandığımız torpaqlarımız uğrunda yenidən qan tökülər. Anaların göz yaşı hələ qurumayıb.
Amma hər şəhidin ruhu, hər bir əsgərin arzusu sülh və əmin-amanlıq idi. Onlar torpaqlarımız uğrunda döyüşüb şəhid oldular ki, bir daha müharibə olmasın. Buna görə sülh vacibdir və hər kəs bunu dəstəkləməlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların haqqı ödənməzdir.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Aprel 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri