Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Azərbaycanın 4 anklav kəndi qaytarılır Ermənistanda panika

Azərbaycanın 4 anklav kəndi qaytarılır Ermənistanda panika

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İrəvan ərazi bütövlüyümüzü tanıdığı halda, kəndləri işğalda saxlamaqla özünü təkzib edir - Bakıdan xəbərdarlıqlar və gözləntilər

Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya işlərinə hazırlıq aparılır. Ermənistan tərəfi Əskipara-Bağanis yolu boyunca tikanlı məftillər çəkir.

Bu, o deməkdir ki, Ermənistan qoşunları hazırki mövqelərindən ən azı 500-600 metr geri çəkiləcək. Musavat.com xəbər verir ki, bu barədə Açarkurt icma şurasının keçmiş üzvü Karen Qazaryan deyib. O qeyd edib ki, aprelin 15-dən sonra demarkasiya işlərinə start veriləcək və erməni qoşunları mövqlərindən çıxarılacaq. “Bu haqda hələ yanvar ayında məlumat almışdım. Hazırda qoşunlar eyni yerdə dayanıb, sadəcə müəyyən hazırlıq işləri aparılır. Son günlər Voskepar (Əskipara)-Bağanis yolunda tikanlı məftillər çəkilir. Anklav olan Yuxarı Əskiparanın təhvil veriləcəyini bilirik, lakin hazırda İcevan, Bərxudarlı, Sofulu yolunda müəyyən işlər görülür. Bu işlər başa çatdırılacaq və minaların təmizlənməsinə strat veriləcək. Əldə etdiyim məlumata görə, aprelin 15-dən sonra qoşunların çıxarılması həyata keçiriləcək”, - o bildirib.

Azərbaycan və Ermənistan sərhədin delimitasiyasının şimal istiqamətində - Qazax-Tavuş - davam etdirilməsi ilə bağlı razılığa gəlib. Xatırladaq ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın sonuncu bəndinə indiyədən əməl etməyərək Azərbaycanın əsas hissəsi ilə 33 ildir blokadada saxlanılan Naxçıvan Muxtar Respublikası arasında quru əlaqənin bərpasına imkan yaratmayan Ermənistan faktiki olaraq işğal altında saxladığı 4 kəndimizi geri qaytarmamaqla sülh prosesini pozmaqdadır.

Xatırlatmaq yerinə düşər ki, ötən ilin aprelində əldə olunmuş razılaşmaya əsasən, Ermənistanın Azərbaycana qaytardığı Qazaxın 4 kəndinin ərazisi may ayından etibarən Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Azərbaycan və Ermənistan arasında 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Hazırda Ermənistanın işğalı altında qalan 4 kəndimiz bunlardır: Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi. Bu kəndlərin hər biri indiki Ermənistan ərazisi ilə əhatə olunub. Həmin kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir. Hadisələrin perspektivləri barədə ekspertlərimizin maraqlı gözləntiləri və şərhləri var.

Elçin Mirzəbəyli

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Azərbaycan və Ermənistan sərhədin delimitasiyasının şimal istiqamətində davam etdirilməsi ilə bağlı razılığa gəlindiyi zaman kəsiyindən bir neçə ay keçdiyini nəzərə alsaq, prosesin növbəti mərhələsinin həyata keçirilməsi üçün hazırlıq işlərinin başa çatdırıldığını təxmin etmək mümkündür. Hazırda Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin işğal altında - anklavda olduqlarını nəzərə alsaq, delimitasiya prosesi çərçivəsində Azərbaycana məxsus sözügedən ərazilərdən Ermənistana məxsus hərbi qüvvələrin geri çəkilməsi və bu yaşayış məntəqələrinin sahibinə - Azərbaycana təhvil verilməsi mümkündür. Qeyd edim ki, Azərbaycana məxsus olan bu kəndlərdə, faktiki olaraq, yaşayış yoxdur. Bizim ərazilərimizdən kənd təsərrüfatı və digər məqsədlərlə istifadə edən Ermənistan vətəndaşlarının da adıçəkilən kəndlərdən xeyli müddətdir ki, çıxdıqları barədə məlumatlar var”. E.Mirzəbəylinin sözlərin görə, anklavlara gedən yollarla bağlı da çox güman ki, komissiyalar arasında müvafiq razılaşma əldə olunub: “Mahiyyət etibarilə, həmin ərazilərdə sərhədlərin şərti olduğunu və heç vaxt delimitasiya olunmadığını, protokollaşdırılaraq təsdiqlənmədiyini nəzərə alsaq, sərhəd xəttinin keçdiyi ərazidə dəqiqləşdirmələrin aparılması və anklav anlayışının aradan qaldırılması da mümkündür. Amma Kərki kəndinin bu prosesin içərisində yer alacağı, hazırda inandırıcı görünmür. Çünki bu kənd razılaşmada yer alan sərhəd kəsişməsinə daxil deyil. Yəqin ki, növbəti mərhələdə delimitasiya çərçivəsində Kərki kəndinin də işğaldan azad edilməsi istiqamətində müvafiq addımlar atılacaq”.

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı öncə xatırlatdı ki, demarkasiya komissiyası keçən il sərhəddin bu hissəsində işini başa çatdırıb və 4 kəndimiz qaytarılıb: “Anklav vəziyyətində olan Qazaxın üç kəndinin gələcək taleyi sonrakı mərhələyə saxlanmışdı. İndi bu işin məhz bu sərhəd hissəsində başlaması ilə bağlı rəsmi məlumat yoxdur, yayılan xəbərlər feyk və ya siyasi məqsədli ola bilər”. Q.Çaxmaqlı erməni mediasına istinadən qeyd etdi ki, Ermənistanda müzakirə olunan məsələlərdən biri Kərki kəndinin geri verilməsidir: “Bu, baş tutarsa, Ermənistan Zəngəzura gedən yoldan məhrum ola bilər. Ermənilər çalışacaqlar ki, Kərkini Gədəbəy ərazisində olan anklavla, Başkəndlə əvəzləsinlər. Amma bu, bizə sərf etməz. Çünki Kərki çox mühüm strateji nöqtədə yerləşir”. Q.Çaxmaqlı komissiyaların bu məsələlərə baxacağını istisna etmədi: “Ermənilər bizdən Cermuk - İstisu, Göyçə istiqamətində geri çəkilməyi istəyəcəklər. Komissiyanın müzakirəsi asan olmayacaq, amma qarşılıqlı anlaşma olmalıdır”.

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılovun fikrincə, Ermənistan hakimiyyəti bəzi qondarma qərarlar qəbul edir və bu qondarma qərarlar əsasında Azərbaycana qaytarmalı olduqları kəndlərlə bağlı gecikmiş addımlar atırlar: “Halbuki, Nikol Paşinyanın bu məsələdə seçim imkanı yoxdur. 44 günlük İkinci Qarabağ müharibəsi sonrasında Ermənistanın hansısa bir şərt irəli sürməsi məntiqsizdir. Çünki hərbi və siyasi üstünlük hələ də rəsmi Bakının əlindədir. Yəni Azərbaycanın Qazaxın kəndlərini Ermənistanın işğalından azad etməyə tam qanuni haqqı var. Azərbaycanın niyyəti regionda yeni eskalasiya yaratmaq deyil. Ona görə də sülh sazişi üçün danışıqlar fonunda kəndlərin qaytarılmasına üstünlük verə bilərik”. T.İsmayılov bildirdi ki, burada ən önəmli məsələ Paşinyanın atacağı addımlardır: “Yəni davamlı sülhdənyayınma, silahlanma, müharibə hazırlıqları görmək də sülhə inamı azaldır. Bu gün Ermənistanı narahat edən əsas məqam Qazaxın kəndlərinin qaytarılması fonunda Ermənistandan Gürcüstana gedən yolların Bakının nəzarətinə keçməsidir. Amma bu boş və mənasız bir narahatlıqdır. Azərbaycan ölkələrin beynəlxalq hüquqla tanınan ərazilərinə hörmət edir. Rəsmi Bakının Ermənistanın yollarına nəzarət etmək niyyəti yoxdur. Qazaxın kəndləri və Kərki birmənalı Azərbaycana qayıdacaq”.

Göründüyü kimi, yaradılmış komissiyaların uzun müddətdir bir araya gəlib, hansısa qərar verə bilməməsinin ciddi səbəbləri var. Ermənistanın havadarları ikitərəfli formatda proseslərin irəli aparılması, Azərbaycana məxsus ərazilərin geri qaytarılması, sülhə doğru daha bir addımın atılmasında elə də maraqlı deyillər. Elə İrəvandakı revanşistləri qızışdıran da onlardır. Düzdür, Paşinyan hakimiyyəti də daha çox oyunbazlıqla məşğuldur və Ermənistanın baş naziri ərazi bütövlüyünü tanıdığı Azərbaycanın 4 kəndini hələ də işğalda saxlamaqla faktiki olaraq özünü təkzib etmiş olur. Amma bu oyunbazlıq çox çəkə bilməz və yəqin ki, yaxın günlərdə hamılıqla bunun şahidi olacağıq. Azərbaycanın dövlət başçısı bəyan edib: bir qarış da torpağımız düşmənin əlində qalmayacaq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Aprel 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri