Icma.az
close
up
RU
Ermənistanda çevriliş qalmaqalı Paşinyan üç cəbhədə mübarizəyə BAŞLADI

Ermənistanda çevriliş qalmaqalı Paşinyan üç cəbhədə mübarizəyə BAŞLADI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ermənistanda parlament seçkilərinə 1 ildən az vaxt qalıb. Seçki öncəsi ölkədə siyasi atmosfer sürətlə qızışır. Baş nazir Nikol Paşinyan “korrupsiyalaşmış kilsə-olqarx alyansının” dövlət çevrilişinə cəhd etdiyini bəyan edib. Bu iddiaların mərkəzində isə ötən il Paşinyana qarşı mitinqləri ilə məşhurlaşan arxiyepiskop, “Müqəddəs Mübarizə” hərəkatının lideri Baqrat Qalstanyan dayanır.

İyunun 25-də Ermənistan Təhlükəsizlik Xidməti Baqrat Qalstanyanın evində və tərəfdarlarının ünvanlarında genişmiqyaslı axtarışlar aparıb. Rəsmi məlumata görə, çevriliş planı çərçivəsində minə yaxın şəxs silahlı aksiyalara, partlayışlara, elektrik və internet şəbəkələrinin kəsilməsinə cəlb olunub.

Axtarış zamanı silah-sursat, rabitə vasitələri, planlar və “gələcək hökumətin siyahısı” tapıldığı iddia olunur. Artıq 14 nəfər saxlanılıb, 16 nəfərə qarşı cinayət işi açılıb.

Kilsə hökumətə meydan oxuyur

Erməni Apostol Kilsəsinin Tavuş yepiskopu olan Baqrat Qalstanyan ötən il Paşinyana qarşı keçirilən kütləvi etirazlara rəhbərlik edib. Onun anti-Paşinyan ritorikası İkinci Qarabağ müharibəsindən sonra daha da sərtləşib. İyun ayında Qalstanyan yeni siyasi hərəkat yaradıb. “Müqəddəs Mübarizə” adlandırılan hərəkat hökumətin legitimliyini sual altına alıb.

Təhlükəsizlik Xidmətinin iddialarına görə, məhz bu hərəkat çevriliş planının təşkilatçısıdır. Lakin ictimaiyyətin və bəzi müstəqil müşahidəçilərin fikrincə, bu iddialar Paşinyanın siyasi rəqiblərini susturmaq üçün hazırlanmış “profilaktik zərbə” təsiri bağışlayır.

Olqarx Samvel Karapetyan Kilsəni müdafiə etdiyinə görə həbs edilib?

Maraqlı məqam odur ki, bu siyasi ittihamların dairəsinə Rusiya vətəndaşı, erməni əsilli iş adamı, “Taşir” holdinqinin rəhbəri Samvel Karapetyan da daxil edilib. Karapetyan son günlərdə hökumətin kilsəyə təzyiqlərini tənqid etdiyindən dərhal sonra "hakimiyyətin zorla ələ keçirilməsinə çağırış" ittihamı ilə iki aylıq həbs olunub.

Bu hadisə ictimai rəyə açıq mesaj kimi yozulur: Ermənistan hakimiyyəti siyasi və dini elitanın əməkdaşlığını “dövlət təhlükəsinə” bərabər tutur və bu qüvvələri kökündən əzmək niyyətindədir.

Siyasi böhran dini müstəvidə daha da dərinləşib. Paşinyanın katolikos II Qareginə və kilsəyə qarşı açıq təhqiramiz ritorikası yeni səviyyəyə yüksəlib. Baş nazir son açıqlamasında kilsə nümayəndəsinin onu sünnət olunmaqda ittiham etməsinə cavab olaraq “sübut edə bilərəm” deyərək açıq meydan oxuyub. Eyni zamanda, katolikosun ailəsinin olduğunu bildirib və onun vəzifədən kənarlaşdırılması üçün yeni seçki prosedurunun yaradılmasını təklif edib.

Hazırkı hadisələr Ermənistanın daxili siyasi sabitliyinin ciddi təhlükə altında olduğunu göstərir. Paşinyanın radikal ritorikası, kilsəyə və olqarxiyaya qarşı mübarizəsi yalnız seçki ilə əlaqəli deyil. Ermənistanda daxili siyasət parçalanıb, ideoloji uçurum dərinləşib.

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri