Icma.az
close
up
RU
Rusiya Ermənistanda çevriliş edəcək?

Rusiya Ermənistanda çevriliş edəcək?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və keçmiş prezident Serj Sarkisyan eyni cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cinayət təqibinə cəlb olunublar. 

İstintaqın iddiasına görə, Köçəryan prezidentliyi dövründə dövlət əmlakını bazar dəyərindən xeyli aşağı qiymətlə yaxın çevrəsinə ötürərək milyardlarla dram həcmində qanunsuz gəlir əldə edib. 

Qeyd edək ki, bu il keçirilən parlament seçkiləri zamanı Baş nazir Nikol Paşinyan müxalifətin ittihamlarına cavab olaraq bildirmişdi ki, müxalifət liderlərini məsuliyyətə cəlb edəcək və onların dövlətdən mənimsədiyi təxminən 2 milyard dollarlıq vəsaiti geri qaytaracaq.  

Köçəryan və Sarkisyanla bağlı bu proses Ermənistanda Rusiyanın dəstəyi ilə çevrilişə səbəb ola bilərmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan Robert Köçəryan və Serj Sarkisyanı korrupsiya ittihamları ilə neytrallaşdırmağa çalışır. O qeyd edib ki, istintaq davam etdikcə, yeni faktlar üzə çıxacaq: 

“Amma hər şey şey, faktlar göz qabağındadır. Artıq ictimaiyyətə məlum olan kifayət qədər ciddi məlumatlar var. Köçəryanın milyonlarla dollarlıq sərvəti, o cümlədən avtomobil satış mərkəzləri və torpaq sahələri və s. bunun nümunəsidir. 

Bu proses həm müxalifət liderlərini ictimai rəydə nüfuzdan salmağa, həm də Rusiyanın həmin şəxslər vasitəsilə Ermənistanın siyasi proseslərinə təsir imkanlarını zəiflətməyə xidmət edir”. 

Politoloq vurğulayıb ki, bu proses Rusiyanın Ermənistanda istifadə etdiyi son fiqurları da neytrallaşdırmış olacaq: 

“Köçəryan, Sarkisyan, rusiyapərəst iş adamı Samvel Karapetyan və digər fiqurların fəaliyyətləri ifşa olunduqca, Paşinyan eyni zamanda kilsə rəhbərliyi ilə mübarizəni də gücləndirir.

Nəticədə Rusiya Ermənistanda istifadə etdiyi əsas təsir rıçaqlarını tədricən itirə bilər. Bu isə həm Ermənistanın, həm də Cənubi Qafqazın maraqlarına uyğundur və bölgədə sülh ilə sabitliyin möhkəmlənməsinə xidmət edə bilər". 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Ermənistan Elxan Şahinoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri